{category-title}

"Zamin olmaq istəməyən vətəndaşların qəti etirazlarına baxmayaraq..." - “Access Bank”a ETİRAZ

 Abşeron rayonun , Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən “Access Bank” QSC-dən 23 yanvar 2013-cü ildə 20000 dollar kredit götürüb istifadə etmişəm. Bankdan götürdüyüm 20000 dollar pulun bir hissəsini- 7000 dollarını qaytarmışam. Qalıq əsas borc 13000 dollar olmalı idi.

Həm işsiz və xəstəliyimlə bağlı, həm devolvasiya ilə bağlı, həm də 4 azyaşlı uşaq öhdəmdə olduğuna görə aylıq ödəmələri vaxtında həyata keçirə bilmədim və bank məni məhkəməyə verdi. Mən də söz verdim ki, vəziyyətim düzələnə qədər hələlik hər ay 50-60 manat pul tapıb hissə-hissə banka ödəyəcəyəm. lakin buna baxmayaraq 30 oktyabr 2017-ci ildə Sumqayıt Apellyasiya məhkəməsi Qobustan rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, iş N- 2(026)-255/ 2017 saylı Qəraını qismən qüvvədə saxlayaraq qanunsuz hesablanmış cərimə borcumu silmiş, qalan hissədə isə qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi işi hərtərəfli və tam aydılaşdırmasa da, imkansızlıqdan kassasiya şikayəti vermədim.Hazırda problemli məsələnin həlli Abşeron İcra Şöbəsinin icratına verilmişdir. İcraçılar demək olar ki, günaşırı mənə və 4 nəfər formal zamin dürmüş şəxslərə zəng edərək bank borcunun dərhal qayatarılmasını tələb edirlər. Bu arada xüsusilə qeyd edim ki, mən “Access Bank” QSC-dən 23 yanvar 2013-cü ildə 20000 dollar kredit götürdüyüm zaman sənədləşmədə heç bir zamin bank binasında mənim yanımda olmayıb və heç bir sənədə zamin durmaları barədə imza atmayıblar. Bu dörd nəfərdən tək birinin Eyvazov Yengibar Valeh oğlunun bank sənədində “imzas”I var. Lakin onun sənədi imzaladığı gün və tarixdə Yengibar 15 günlük Neft Daşlarında işdə olubdur. Yəni, saxta imza olubdur. Qalan zaminlərin Rasim Fəsadovun, Adil Quliyevin, Mahir Niftalıyevin ümumiyyətlə zamin olmağa razılıq vermələri barədə imzaları olmamışdır. Lakin bank işçisi həmin adamlara telefon açaraq onların mənim kredit götürməyimə görə zamin durursunuzmü sualına hər biri ayrı ayrılıqda qəti olaraq yox cavabını vermişlər. Doğrudur, həmin adamlar 8-10 il əvvəl bankdan xırda kreditlər götürdüyüm zaman həqiqətən reallıqda öz razılıqlarıilə mənə o vaxt zamin olmuşlar. Lakin 2013-cü ildə təkrar olaraq hamısı mənə zamin durmaqdan imtina etmişlər. Zamin olmaq istəməyən vətəndaşların qəti etirazlarına baxmayaraq bank əməkdaşları onları sənədləşmədə zamin kimi adlarını formal qeyd edərək sənədləşmə işlərini başa çatdırıb mənə krediti ödəmişlər.

Mən ona görə də banka da icra şöbəsinə də etiraz edirəm ki, əgər mən əsas borcluyamsa qoy məndən götürüdüyüm pula hesablaşma tələb edilsin. Yoxsa, nəyə görə vətəndaşların adlarını öz razılıqları və imzaları olmadıqları halda zamin duran şəxslər kimi borcun ödənilməsi tələb olunur? Hazırda mən icraçılara borcu hissə hissə ayda 50-60 manat ödəmək öhdəliyi götürdüyüm halda, adları saxtakarlıqla bank sənədlərində əks olunmuş bu yazıqların üstlərinə düşməyin nə əsası var axı? Bu saxta bank əməliyyatına görə əslində kredit şöbəsinin əməkdaşları saxta sənədləşməyə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Belə vəziyyətdə hesab edirəm ki, Abşeron İcra Şöbəsi məmurları tərəfindən 4 nəfər zaminlərin ailələrinin hər gün telefon zənglərilə narahat edilməsi, hədə-qorxu gəlinməsi nə insanlığa, nə müsəlmançılığa, nə də hüquqa yaraşmır. Borcu mən götürmüşəm və mən də cavabdehəm. Əl çəkin günahsız vətəndaşlardan.

Hörmətli Mehriban xanım, hörmətli Fikrət müəllim və “Access Bank” QSC-rəhbərliyi Sizlərdən çox xahiş edirəm ki, mənə bank əməkdaşları tərəfindən saxtakarlıqla zamin kimi sənədlərə qeyd edilmiş 4 nəfər vətəndaşdan mənim əvəzimə müştərək qaydada pul tutulması icrasının dayandırılmasına göstəriş verəsiniz. Mən də bank qarşısında öhdəlik götürürəm ki, bankın pulunu hissə hissə ödəyəcəyəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...


DİA.AZ

Son xəbərlər

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Rusiya Azərbaycana nota verib

Azərbaycanda rusdilli məktəblər bağlanır?

Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Əliməmməd Nuriyev: Rusiyada zorakılıq dövlət siyasətinə qaldırılıb

Van Çuanmen: "Orta Dəhlizlə yeni multimodal marşrut tədarük coğrafiyasını genişləndirəcək"

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum olub

İran Prezidenti Xankəndiyə səfər edəcək

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Qətər İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasında iştirak edir

Türkiyədə meşə yanğınları ilə əlaqədar 50 mindən çox adam təxliyə edilib

Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib

Ermənistanın məsuliyyətsizliyi regionda yeni Çernobıl faciəsinə yol aça bilər - ŞƏRH

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb

Hindistanda zavodda yanğın baş verib, 10 nəfər ölüb, 20 nəfər yaralanıb

Şamaxıda kürəkən qayınatasını qətlə yetirməkdə şübhəli bilinir

Azərbaycanda mühüm qadağa qüvvəyə minir

Sosial Dəstək Mərkəzinin zərəri 22 % azalıb

Bütün xəbərlər