{category-title}

Axtarışda olan Nizami Piriyevə qarşı 2 BANK İDDİA QALDIRDI - Hələlik...

 

Az əvvəl məlumat yayıldı ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib. DİA.AZ bildirir ki, Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Kredit müqaviləsi ilə bağlı məlumat verilmir. Məhkəmə icraatı dayandırıb.

Qeyd edək ki, N.Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Hər iki şəxsin adı 2015-ci ildə həbs edilən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin cinayət işində hallanır.

Belə ki, hazırda davam etdirilən "Beynəlxalq Bank işi"ndə təqsirləndirilən Erxan Cavad dindirilən zaman "Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsullarının alındığını bildirib. Onun sözlərinə görə, faiz çıxılandan sonra "Cargill" "Buta Kitchen"in xarici hesabına 130 milyon manat pul köçürüb, həmin məbləğin 30 milyonu əvvəlcədən Azərbaycana göndərilib, qalan 100 milyon isə şirkətin səhmdarı N.Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb.

Xatırladaq ki, N.Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb.

Bu arada isə daha bir bankın Piriyevə qarşı iddia qaldırdığı deyilir. Xəbərə görə, "Paşa Bank" ASC iş adamı Nizami Piriyevi məhkəməyə verib.

Səbail Rayon Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Kredit müqaviləsi detallı məlumat yoxdur.

Məhkəmə iddianı təmin edib.

Hökmdən narazı qalan iş adamı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra N.Piriyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmayıb. (DİA.AZ)

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər