{category-title}

"“Qaçqınkom”un saxta arayışı səbəbindən..." - GİLEY

 

İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdən şikayət edən E.Hacızadə qəzetimiz vasitəsilə president İlham Əliyevə müraciət edib:

“Cənab Prezident!

Mən Babaverdi Hacıyevin oğluyam. Atam Babaverdi Hacıyev cavabdehlər Qasımov Fərhad Barat oğlu, Novruzova Şukufə Telman qızı, Qasımlı Nərgiz Barat qızı və Qasımlı Fərhad Barat oğlu tərəfindən tutulmuş ona məxsus İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətin tamamilə boşaldılaraq, atamın sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmasına baxmayaraq, icra şöbəsinin qanuna müvaviq tədbir görməməsi haqqında dəfələrlə Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Nazirliyinə, Milli Məclisin Hüquq Məsələləri və Dövlət Quruculuğu Komitəsinə müraciətlər etmişdir. Bu müraciətlərə baxmayaraq, bu günə kimi heç bir tədbir görülməmişdir. Atam Babverdi Hacıyevin müraciətlərinə belə cavablar verilib: “Cavabdehlər qaçqın olduqlarına, 1997-ci ildən bu ünvanda müvəqqəti məskunlaşdıqlarına və onların başqa yaşayış yerləri olmadığına görə bu qətnamənin icrası müvəqqəti dayandırılmışdır”.

Atam Babaverdi Hacıyevə verilmiş bu cavablar qanunsuz və əsassızdır. Çünki cavabdehlər 2000-ci ildən sonra atama məxsus M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətdə yerləşiblər. Bunu subut edən əlimizdə tutarlı sənədlər var. Belə ki, 2000-ci ildə cavabdeh Qasımlı Nərgiz Barat qızı birinci sinfə qəbul olunan zaman ona yaşayış yerindən arayış verilib. Həmin arayışda cavabdehlərin yaşadığı yer İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda deyil, İsmayıllı şəhəri Nizami küçəsi 8 nömrəli ünvan qeyd olunub. Mən bu arayışın bir sürətini ərizəmə əlavə edirəm.

Qeyd edim ki, Şəki Apellyasiya məhkəməsi də 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsini əsas bu iki arayışa əsaslanaraq çıxarmışdır. Eyni zamanda məhkəmə qətnaməsinin dördüncü və beşinci səhifələrində Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin verdiyi saxta arayışla Qasımov Barat Fərhad oğlunun və ailə üzvləri ilə birlikdə guya 1997-ci ildən İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda məcburi köçkün kimi məskunlaşdıqları göstərildiyi xususi qeyd olunub.

Qeyd edim ki, bizə verilən cavabların səbəbkarları İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevdir. Bu iki vəzifəli şəxslər bizə məlum olmayan səbəblərə görə, əlaqəyə girərək, müraciət etdiyimiz aidiyyatı orqanlara cavabdehlərin atama məxsus mülkiyyətində guya 1997-ci ildən yaşamaqları ilə bağlı saxta arayışlar təqdim edirlər. Belə saxta arayışlar verməklə Taleh Quliyev və Tahir Əliyev cənab Prezident, Sizi və müraciət olunmuş digər şəxsləri aldadaraq, vətəndaşları Sizdən və təyin etdiyiniz rəhbər şəxslərdən narazılıq yaratmağa çalışırlar.

Mülkiyyətimizə qarşı olan bu haqsızlığa və qanunsuzluğa dözməyən atam infarkt keçirərək, bir müddət reanimasiyada qaldıqdan sonra dünyasını dəyişdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevin və Qaçqın Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin vəzifəsini daşıdıqları dövlətə, həmin dövlətin rəhbərinə və vətəndaşına etdikləri xəyanəti atam həzm edə bilmədi. Ona görədə dünyasını dəyişdi. Hal-hazırda onun varisi mənəm. Varislik haqqında rəsmi sənədim var.

Mən inanıram ki, bizə qarşı olan bu qanunsuzluğun və haqsızlığın qarşısını alacaqsınız və bu ümüdlədə Sizə müraciət edirəm. Xahiş edirəm, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəsi Taleh Quliyevin, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin mülkiyyətimizə qarşı etdikləri bu qanunsuzluqların və haqsızlıqların obyektiv araşdırılaraq, qarşısının alınmasına və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz”.
“Hürriyyət”
"“Qaçqınkom”un saxta arayışı səbəbindən..." - GİLEY
"“Qaçqınkom”un saxta arayışı səbəbindən..." - GİLEY

Son xəbərlər

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Bütün xəbərlər