{category-title}

Gündəm / Dünya
7.03.2026, 15:59
İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir

İraqdakı xarici neft şirkətləri təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda neft yataqlarında çalışan personalını ölkədən çıxarmağa başlayıblar.
Bu barədə BBC məlumat yayıb.
Şirkətlərin əməkdaşları ölkəni Küveytlə sərhəddəki "Safvan" sərhəd buraxılış məntəqəsi vasitəsilə tərk edirlər.
Regionda davam edən münaqişə fonunda son günlər neft obyektləri hədəflərdən birinə çevrilib. O cümlədən, ABŞ-nin "HKN Energy" şirkəti cümə günü İraq Kürdüstanındakı yataqlardan birində hasilatı dayandırıb.