{category-title}

Gündəm / Dünya
3.03.2026, 09:55
İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir

İsrail Müdafiə Ordusu hazırda eyni vaxtda İran və Livanın paytaxtları - Tehranla Beyruta zərbələr endirdiyini bəyan edib.
Bu barədə ordunun sosial şəbəkələrdəki məlumatında bildirilib.
Məlumata əsasən, İsrailin Hərbi Hava Qüvvələri Tehranda İranın hərbi obyektlərinə, həmçinin Beyrutta "Hizbullah"ın mövqelərinə zərbələr endirməyə başlayıb.
