{category-title}

Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi yaradılır

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb. 

PressXeber.info AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bütün xəbərlər