{category-title}

İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? - FOTOLAR

Son iki il ərzində musiqi və incəsənət məktəblərində keyfiyyətin yüksəldilməsi məqsədilə sistemli və ardıcıl islahatlara start verilib.

Bu dəyişikliklərin mərkəzində müəllim keyfiyyəti, idarəetmənin müasirləşdirilməsi və tədris məzmununun yenilənməsi dayanır.

Atılan addımların əsas məqsədi incəsənət təhsilini müasir tələblərə uyğunlaşdırmaq, sağlam pedaqoji mühit formalaşdırmaq və gələcək nəsillərin yaradıcı potensialını etibarlı əllərə həvalə etməkdir.

Müəllimlərin səriştələrinin ölçülməsi – keyfiyyət islahatı

İlk dəfə olaraq ötən il musiqi, incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirildi. Bu il daha 8 min müəllim attestasiyaya cəlb ediləcək. Bununla da ölkə üzrə 237 musiqi və incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi yekunlaşacaq.
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? - FOTOLAR

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 000 müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu, sevindirici göstərici olmaqla yanaşı, pedaqoji heyət qarşısında yeni öhdəliklər yaradır:

ehtiyaclara uyğun təlimlərin təşkili,

müəllimlərin işə qəbulunda yeni yanaşmaların tətbiqi,

incəsənət müəllimi hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri ilə əməkdaşlıq,

nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi,

optimal dərs bölgüsü.

Ötənilki attestasiya zamanı qiymətləndirmə komissiyasının səsverməsində 3 əleyhinə, 2 lehinə qərar verilən müəllimlər yay aylarında xüsusi təlimlərə cəlb olunublar. Bu təlimlərdə 236 müəllim iştirak edib. Onlardan 118 nəfəri Dövlət İmtahan Mərkəzinin xüsusi imtahanına qatılıb və yalnız 20 nəfər uğurlu nəticə göstərərək əvvəlki iş yerinə müəllim kimi bərpa olunub. Bu fakt attestasiya nəticələrinin obyektiv və yüksək ehtimalla ədalətli olduğunu göstərir.
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? - FOTOLAR

Attestasiya nəticələrinə əsasən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin orta əməkhaqqı 25 faiz artıb.
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? - FOTOLAR

Bir zəif müəllim – yüzlərlə zəif şagird deməkdir.

Bir fortepiano müəllimi fəaliyyəti dövründə orta hesabla 100–120 şagird yetişdirir. Peşəkar olmayan müəllim onlarla uşağın yaradıcı gələcəyini riskə atır. Ötənilki attestasiya zamanı elə hallara rast gəlinib ki, bəzi müəllimlər pedaqoji keyfiyyəti bir yana, tədris etdikləri alətdə ya ümumiyyətlə ifa edə bilməyib, ya da son dərəcə zəif bacarıq nümayiş etdiriblər.

Hətta Mendelsonun “Toy marşı”nı Azərbaycanın Dövlət Himni hesab edən, yaxud məşhur bəstəkar İohan Sebastyan Baxın “ağdamlı” olduğunu düşünən müəllimlər də olub. Bu kimi nümunələr kifayət qədər çoxdur və belə faktlar islahatların nə qədər zəruri olduğunu açıq şəkildə göstərir.

Ən zəif nəticə göstərən müəllimlərin 86 faizi orta ixtisas təhsili məzunlarıdır. Attestasiya nəticələrinə görə bəzi məktəblərdə müəllimlərin yarısına yaxını pedaqoji fəaliyyətə uyğun hesab edilməyib. Bu isə artıq tək-tək şəxslərin deyil, bütöv məktəb mühitinin sağlamlaşdırılmasına ehtiyac olduğunu göstərir.

Məzmunun yenilənməsi : Son iki ilin mühüm yeniliklərindən biri də tədris məzmununun yenilənməsidir. İlk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano fənni üzrə milli dərslik hazırlanıb. Bu addım incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Hazırda bütün digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması əsas hədəflər sırasındadır. Məqsəd – köhnəlmiş, pərakəndə və bəzən ziddiyyətli tədris materiallarını əvəz etmək, rəqəmsal tədris platforması  yaratmaq,  müasir pedaqoji tələblərə cavab verən, şagirdin yaradıcılığını inkişaf etdirən vahid və keyfiyyətli məzmun formalaşdırmaqdır.

Bu dəyişikliklər müəllimlərin fəaliyyətinə də yeni məsuliyyət gətirir: artıq tədris yalnız fərdi təcrübəyə deyil, elmi-metodiki əsaslara, ölçülə bilən nəticələrə və müasir standartlara söykənməlidir.

Rəqəmsallaşma və struktur islahatları: Son iki il ərzində Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində attestasiya ilə yanaşı vahid rəqəmsal idarəetmə platformasının tətbiqinə başlayıb:

Məktəb direktorlarının, müəllimlərin və şagirdlərin qəbulu elektronlaşdırılıb;

Bütün ixtisaslar üzrə tədris planları yenilənib;

İncəsənət məktəbləri üçün yeni nümunəvi Əsasnamə təsdiq olunub.
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? - FOTOLAR

Bu il  Heydər Əliyev Fondunun dəstəyi ilə 3 yeni incəsənət məktəbi (Bakının Bilgəh qəsəbəsi, Gəncə və Şəki), eləcə də Xankəndi İncəsənət məktəbi istifadəyə veriləcək.   Bu il bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə – qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ-tətbiqi sənət sahələrində şagird qəbuluna başlanılacaq.

Eyni zamanda ölkə üzrə musiqi və incəsənət məktəblərinin məkan, şagird–müəllim nisbəti və infrastruktur parametrlərinə uyğun optimallaşdırma xəritəsi hazırlanıb. Bu xəritə məktəblər şəbəkəsinin daha səmərəli, ədalətli və dayanıqlı şəkildə qurulmasına xidmət edəcək.

Son xəbərlər

BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr

Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Keşlədə obyekt yanır

Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır"

Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb

Bütün xəbərlər