{category-title}

Gündəm / Təhsil
27.01.2026, 09:03
Məktəblərdə qış tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.
Tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.
Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-dir.
