{category-title}

"Bəs, necə olur ki, onlar «qaz xətti»nin üstündə yerləşmirlər?" - GİLEY

 Yenə 20 yanvar qətliamının ildönümü oldu – millət yenə Şəhidlər Xiyabanına axışıb, şəhidlərin əziz xatirəsinə ehtiramını alqırmızı qərənfillərlə ifadə etdi. Yerli KİV-in yazdığına görə, ziyarətə gələnlər arasında “Azəriqaz”ın rəhbərliyi də olub – sağ olsunlar, zəhmət çəkiblər, amma…

Əmması xeyli kədərlidir. Məsələ belədir ki, üstündən bir gün keçmiş 20 Yanvar əlili, Yeni Günəşli sakini Bədəlov Səttar Yunuç oğlu «AzPolitika.info»ya zəng vurub, «Azəriqaz»ın Suraxanı rayon şöbəsi əməkdaşlarının «özbaşına» davranışından necə əziyyət çəkdiyindən uzun-uzadı danışdı və redaksiyaya bir dəstə rəsmi sənəd təqdim elədi.

«Sizdən xahiş edirəm, bu sənədlərlə tanış olun və əsasında tutarlı bir məqalə dərc edin, qoy dövlət və hökumət rəhbərləri bilsinlər ki, qudurğan məmurlar vətəndaşların başına hansı oyunları açırlar? Baxın, “Azəriqaz”ın rəhbərləri 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlir – məzarlar üzərinə qərənfil düzür, amma tabeliyində olan xırda məmurlar 20 Yanvar əlilini məhkəmyə çəkir, qanunsuz iddiaları ilə ona əzab verirlər. Odur ki, mən, onların səmimiyətinə inana bilmirəm! Yəni mənim günahım ondan ibarətdir ki, həmin qanlı yanvar gecəsi ölməyib, sağ qalmışam?…»

20 Yanvar əlili Bədəlov Səttar «Azəriqaz»ın qanundankənar davranışı, başqa sözlə, onun əməkdaşlarının «ördək ovu» barədə Suraxanı rayon İcra Hakimiyyətinə şikayət məktubu da göndərib…

Bəs, Bədəlovun şikayəti və «Azəriqaz» Suraxanı rayon şöbəsinin qanunsuz «ördək ovu» (iddiası) mahiyyət etirbarilə, nədən ibarətdir? Bədəlovun müraciətindən aydın olur ki, onun Yeni Günəşlidə şəhid ailələri və əlillər (20 Yanvar və müharibə əlilləri) üçün dövlət tərəfindən ayrılmış ticarət cərgəsində balaca bir köşkü var ki, orada meyvə-tərəvəz satmaqla, ailəsini dolandırır. Köşkün qoyulması üçün Suraxanı rayon İcra Hakimiyyəti Bədəlova yerin ayrılması barədə müvafiq sərəncam verib (11.04.1997 il). Sərəncam aidiyyəti qurumların hamısı («Azəriqaz», «Azərsu», işıq şəbəkəsi və s.) ilə razılaşdırılıb (sənəddə dərkənarlar var). Köşk 1997-ci ildən fəaliyyət göstərir…
İndi, 21 ildən sonra «Azəriqaz»ın «ördək ovçu»ları kəsdiriblər qapını ki, sənin köşkün qaz xəttinin üztündə qurulub – sökməlisən! Belədə, məntiqi sual yaranır: Bəs, 21 ildir, bu «ördək ovçuları» görəsən hara baxırmışlar? Digər tərəfdən, sözügedən ticarət cərgəsində Bədəlovun köşkündən savayı 15-ə yaxın digər köşk yerləşir (bu, şəkildən aydın görünür). Bəs, necə olur ki, onlar «qaz xətti»nin üstündə yerləşmirlər?

Bədəlovun müraciəti əsasında rayon İcra Hakimiyyətinin nümayəndələri «ördək ovçuları» ilə əraziyə birgə baxış keçiriblər. Məlum olub ki, Bədəlovun köşkü qaz xəttindən 4,5 metr aralıdır! Belədə, başqa bir sual yaranır: «Azəriqaz» əməkdaşlarının məqsədi (umacağı) nədir – Bədəlova nə veriblər ki, indi ala bilmirlər?

Həm də «ördək ovçuları» nə üçün, təkcə Bədəlovun yaxasından və məhz indi yapışıblar? Bu barədə Bədəlov özü danışır: «Onlar növbəti dəfə ərazini dolaşan zaman mən köşkümdə olmamışam. Görünür, digər köşk sahibləri «ovçu»larla «şirin danışıb, anlaşıblar», olmamışam deyə, məndən «ağzı əyri» qalıblar… indi qalmışam məəttəl – dərdimi kimə deyim, köməyi kimdən istəyim? Ümidim bircə hörmətli Prezidentə qalıb, amma belə xırda məsələ ilə bağlı onun qiymətli vaxtını almağa da utanıram. Odur ki, elə bu qəzet vasitəsilə hörmətli Prezident İlham Əliyevə üz tuturam: Cənab Prezident, məni, «Azəriqaz» qoçularının hücumlarından qorumağınızı xahiş edirəm!».(AzPolitika.info)

Son xəbərlər

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Bütün xəbərlər