{category-title}
Gündəm / İqtisadiyyat
23.01.2019, 10:33
Birjalarda neftin qiyməti
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar bahalaşaraq 61,72 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,23 dollar ucuzlaşaraq 52,57 dollar təşkil edib.