{category-title}

Sumqayıt Dövlət Universiteti təhsilimizin inkişafında böyük uğur əldə edib

 

 

Elxan Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olub

2013-cü ilin dekabr ayında Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilmişdir.

5 mart 2014-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.
Sumqayıt Dövlət Universiteti təhsilimizin inkişafında böyük uğur əldə edib





Universitetin son bir ilinə nəzər salsaq görərik ki, fəaliyyətimizdə ürəkaçan yeniliklər baş vermişdir. Qazanılan nailiyyətlərin kökündə isə elmimizə, təhsilimizə göstərilən dövlət qayğısı durur. Xalqımızın əbədiyaşar oğlu, dahi şəxsiyyət Heydər Əliyev bütün dövrlərdə bu sahənin inkişafına daim diqqət yetirmiş, milli kadr hazırlığına böyük önəm vermişdir. 
Ulu öndərdən sonra onun siyasi kursunu bütün sahələrdə inamla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin son onillikdə elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. Dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası” bilavasitə ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün başlıca istiqamətləri müəyyənləşdirmişdir.
Dünyanın, eləcə də Avropa ölkələrinin universitetlərinin əksəriyyəti nəzəri biliklərdən çox, təcrübəyə daha çox diqqət yetirirlər. Ölkə prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2016-cı illərdə elmin inkişafı üzrə Milli Strategiya ” elmi-texniki infrastrukturunun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. 
Sumqayıt Dövlət Universiteti təhsilimizin inkişafında böyük uğur əldə edib


Onu da qeyd edək ki, əmək bazarı öyrənilməklə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar yaradılmışdır.
Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır. 
Tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq üçün addımlar atılır. Bu məqsədlə tələbələrlə qarşılıqlı iş qurulur. Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin artırılmasına dair imzaladığı müvafiq sərəncama cavab olaraq tədbirlər planı hazırlanmışdır. Bu ilki tədris ilindən başlayaraq bu işi uğurla davam etdirəcəyik. 
Təhsil Nazirliyinin bu sahəyə göstərdiyi diqqət və qayğını, köməkliyi xüsusilə qeyd etmək istəyirik. Nazirliyin xətti ilə qısa vaxt ərzində bir çox layihələr həyata keçirilmiş, proqramlar hazırlanmışdır. “Sabahın qrupları” layihəsi buna əyani misaldır. Qrup sabahı düşünən, elimi, təhsili idarə etməyi bacaran tələbə gəncləri öz ətrafında birləşdirir. 
Pedaqoji kadr hazırlığı üstünlük təşkil etdiyindən tədrisin müasir səviyyədə qurulması və gələcək müəllimlərin də bu səviyyədə yetişməsinə ciddi yanaşılır. Bildiyimiz kimi, orta məktəblərdə təhsilin bütün pillələri üzrə kurikulumların inkişafı hədəf kimi əhatə olunur. Artıq VII siniflərə qədər tədris bu sistemlə aparılır. Növbəti illərdə isə bu sistemə qoşulma prosesi sürətləndiriləcəkdir. Bir neçə pedaqoji ixtisası birləşdirən tədris-metodika kafedralarımız vardır. Təhsil nazirliyinin yaxından köməkliyi ilə ixtisas müəllimləri üçün bir aylıq kurslar təşkil elədik və onlara sertifikatlar verildi. Metodikanın dərindən öyrənilməsində nəzəri biliklərlə yanaşı praktika da vacibdir.
Qısa zaman kəsiyində təhsil ocağında yüksək tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün sanballı işlər görülmüşdür. Artıq yüksək texniki tələblərə cavab verən və Avropa təhsil sisteminin standartlarına uyğun gələn laboratoriyalar təşkil olunub. Hazırda universitetin mühəndislik fakültəsində TEMPUS layihələri üzrə də laboratoriyalar yaradılıb və yüksək avadanlıqlarla təchiz olunub. Bundan başqa, 37 auditoriyada proyektorlar quraşdırılıb, elektron lövhələr yerləşdirilib. Bunlar həm vaxta qənaətin, həm də tədrisin keyfiyyətinin yüksək səviyyəsini göstərir.
SDU-da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülür. Sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədrisin prosesində yeni texnologiyalarla təhsil almasına, normativləşməsinə şərait yaradır. Tədris laboratoriyalarının modernləşdirilməsi “LABVieW” proqramı ilə işləyən laboratoriyalar təşkil olunmuşdur.

SDU-nun rektoru Elxan Hüseynov beynəlxalq əlaqələr barəsində fikirləri: SDU-nun mühüm uğurlarından biri də onun beynəlxalq əlaqlərinin müasir dövrün tələblərinə uyğun qurulması və inkişaf etdirilməsidir. Bu sahədə əlaqələrin genişləndirilməsi məqsədilə bu ilin iyun ayında beynəlxalq əməkdaşlıq şöbəsi yaratmışıq. Şöbənin əsas fəaliyyət istiqaməti beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetlərində iştirakını təmin etməkdən ibarətdir.
Hazırda universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.

Sumqayıt Dövlət Universiteti təhsilimizin inkişafında böyük uğur əldə edib





Avropa-Asiya və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarına üzv qəbul olunmağımızla bağlı həmin qurumlara müraciət etmişik. Sentyabr-oktyabr aylarında keçiriləcək konfransda SDU-nun və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasına üzv seçilməsi gələcəkdə aparıcı elm və ali təhsil müəssisələri ilə təcrübə mübadiləsinin aparılmasına, iş birliyinin qurulmasına geniş imkanlar yaradacaqdır.
Universitetdə təmir və yenidənqurma işləri tam başa çatdırılmışdır. Auditoriyalar səliqəyə salınmış, texniki avadanlıqlarla təchiz olunmuşdur. Yeməkxana genişləndirilmiş və şəraiti yaxşılaşdırılmışdır. Bundan başqa, müəllim və tələbələri narahat edən bir çox məsələlər öz müsbət həllini tapmışdır. Fakültələrin komplektləşdirilməsi başa çatdırılmışdır. Tələbələrin bir korpusdan digər korpusa gedib-gəlmələrinin qarşısını almaq məqsədi ilə bu cür təşkilati işlər aparılmışdır. Bu da vaxt itkisinin qarşısını almaqla tədrisin səmərəliliyini artırır. Müəllim və tələbələr kompüter sistemindən də yararlana biləcəklər. Yeni qazanxana quraşdırmaqla istilik sistemi tam qaydaya salınmışdır. Sanitar qovşaqlar demək olar ki, yenidən qurulmuşdur.

Bu gün respublikamızda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur. Bundan səmərəli istifadə isə ölkə rəhbərinin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. SDU-nun çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasət nəticəsində milli kadr hazrlayan universitetimiz nüfuzlu ali məktəblərdən birinə çevriləcəkdir.

Sumqayıt Dövlət Universiteti təhsilimizin inkişafında böyük uğur əldə edib

Son xəbərlər

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb

Sabah yağış yağacaq - PROQNOZ

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

Xəzərdə zəlzələ olub

Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub

Dünya bazarlarında neftin qiyməti açıqlanıb

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər