{category-title}

Prezident İlham Əliyevin tövsiyəsi nəzərə alınaraq, Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi

 

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. Bu barədə Trend-ə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Baş prokuroruna tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətəuyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq.(Trend

Son xəbərlər

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Bütün xəbərlər