{category-title}

Qoşulmama Hərəkatında sədrliyimizə böyük məsuliyyətlə yanaşdıq

 

Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir. Ölkəmizin mövcud müstəvidə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər QH-nin beynəlxalq nüfuzunun yüksəlməsi reallığını doğurdu. Təşkilatın üzvlərinin 2019-cu ildə Azərbaycanın sədrliyinin üç il uzadılması ilə bağlı qərarı da bundan qaynaqladı. Deməli, yüksək etimadı layiqincə doğrultduq və nəticədə QH-yə sədrliyimiz daha bir il də uzadıldı. BMT “beşliyinə” qarşı Qoşulmama Hərəkatını alternativ kimi meydana çıxarmağa müvəffəq oldu. Prezident İlham Əliyev ölkəmizin 2019-cu ildə Hərəkatın sammitinə uğurla evsahibliyi etdiyi tədbirdə bildirdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracaq. Dövlətimizin başçısı həmişəki kimi, sözünü tutdu və onun sədrliyi dövründə ölkəmiz beynəlxalq müstəvidə Hərəkat üzvlərinin ədalətli mövqeyini müdafiə etməklə də tarixə düşdü. Azərbaycan digər təsisatlarla dialoqun qurulması və inkişafı, ümumən əməkdaşlıq coğrafiyasının genişləndirilməsinə yönələn sistemli və ardıcıl fəaliyyətə üstünlük verdi. Bu təşəbbüs ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdikləri təhdidlərə xüsusi diqqətin ayrıldığı dialoq platformasının formalaşması baxımından əhəmiyyətli idi.
Ümumiyyətlə, ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb. 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantıdakı çıxışında Serbiyada postpandemiya dövrünün müzakirəsi məsələlərindən söz açmış, bu məqsədlə QH-yə üzv ölkələrin yüksək səviyyəli görüşünün keçirilməsi təklif etmişdi. Həmin görüş ölkəmizdə təşkil olundu. QH-nin COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti kimi rəsmiləşmiş tədbirdə başlıca mövzu pandemiyadan sonrakı dünya düzəni idi. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün müstəsna siyasi dividendləri var. Bu anlamda bir neçə məqamın üzərində dayanmaq mümkündür. Birincisi, ölkəmiz Hərəkatın timsalında özünün haqq səsini dünyaya bəyan edən, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalanmağı bacardı. Bu baxımdan 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsini diqqətə çatdırmaq mümkündür. Prosesin reallaşmasında QH ölkələrinin dəstəyi xüsusi vurğulanmalıdır. QH ölkələrinin Azərbaycanın ədalətli mövqeyinə dəstəyi barədə də ayrıca söz açmağa ehtiyac var. Xüsusi dəstək 2020-ci ilin Vətən müharibəsi dövründə özünü göstərdi. Belə ki, savaş günlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısını yeddi QH ölkəsi böyük inamla aldı.

 

Hikmət Talıbov – Masallı rayon Qızılağac kəndi

 

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər