{category-title}

Gündəm / İdman
28.08.2025, 09:09
İlham Əliyev "Qarabağ"ı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında "Qarabağ" futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
"Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"
