{category-title}

“Dağlar” MTK-da aldadılanlar dövlətdən kömək istəyir - Müraciət

 Bakıda mütəşəkkil cinayətkar dəstənin qurbanı olan olan vətəndaşlar etiraz aksiyalarına başlamaq fikrindədir. Belə ki, tikinti mafiyasının qurbanlarının aidiyyati dövət qurumlarına etdiyi şikayət və müraciətlər nəticəsiz qaldığından, vətəndaşlar əlacsız şəkildə piket keçirəcəyini bildirir.

AzToday.az xəbər verir ki, paytaxtın Təbriz küçəsində yerləşən "Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-dan çox vətəndaş aldadılıb. Tikintini aparan "Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olsalar da hüquq-mühafizə orqanları yalnız Şahin Əliyev adlı bir nəfəri məsuliyyətə cəlb ediblər. Şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulduğu halda, ona da süni maneələr yaradılıb.

Zərərçəkənlər növbəti dəfə dövlət qurumlarına müraciət ünvanlayaraq kömək istəyiblər. AzToday.az həmin müraciəti təqdim edir:

"Artıq beşinci ildir ki, biz "Dağlar MTK” tərəfindən aldadılaraq evsiz qalmışıq və beləliklə maddi və mənəvi iztirablara duçar olmuşuq. Məhkəmə instansiyalarının ədalətsiz və qərəzli yanaşması ucbatından 20-yə yaxın ailənin mülkiyyət hüquqları pozulmuşdur, nəticədə çıxılmaz duruma salınmışıq.

Cinayət işinin araşdırılması ibtidai istintaqı aparan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəsitləşdirildi, ayrı-ayrı epizodlar üzrə baş vermiş cinayət faktları ört-basdır edilərək iri miqyaslı cinayətkarlıq faktı bir nəfər (MTK sədri Şahin Əliyev) üzərində fokuslayaraq onun həbsi ilə yekunlaşdırmışlar. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilk mərhələdə MTK-ya məxsus 900 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində həbs qoymaqla biz zərərçəkənləri arxayınlaşdırdı. Sonrakı məhkəmə instansiyalarında həbsi "ləğv etmək – bərpa etmək” oyunu qurmaqla bizim taleyimizi qumar obyektinə çevirmişlər. Bu məhkəmə oyunu Ali Məhkəmənin sədrinin təqdimatı əsasında qeyri-yaşayış obyektinə qoyulmuş həbs qərarı ləğv edilmiş və beləliklə cinayətkar dəstəyə edilən himayədarlıq məntiqi yekununa çatdırılmışdır. Nəticədə 20-yə yaxın ailə evsiz qaçqın durumuna salınmışdır.

Yekun ümid yeri kimi Konstitusiya Məhkəməsinə müraciət etməklə bizim pozulmuş konstitusion hüquqlarımızın bərpa olunacağına əminliyimizi bildirmək istəyirik. Ərizəmizə qoyduğumuz Konstitusiya şikayəti ilə yaxından tanış olmağınızı və üzləşdiyimiz problemin həll edilməsində köməklik göstərməyinizi sizdən xahiş edirik”.
 

Son xəbərlər

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Bütün xəbərlər