{category-title}

<!-- x-tinymce/html -->

BİZİM TƏQVİM: 25 iyunda baş vermiş tarixi hadisələr

 
1992-ci ilin bu günündə İstanbulda Azərbaycanın da iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Təsis konfransı Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilib.

Azərbaycan 1993-cü ildən həmin təşkilatın üzvüdür.  

Bəs, iyunun 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 1950-ci ilin bu günü Koreya müharibəsi başladı. Beləliklə, Sovet İttifaqı və Çin tərəfindən dəstəklənən Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə “Soyuq müharibə” dövrünün ilk isti toqquşması yarandı.

2. 1959-cu il iyunun 25-də Moskvada Sovet hökumətinin başçısı Nikita Xruşşov və ABŞ-ın o zamankı vitse-prezidenti Riçard Nikson SSRİ-də ilk dəfə Amerika Milli Sərgisini açdılar.

Amerikalılar sərgiyə gələnlərə döş nişanları, parlaq plastik paketlər bağışlayır, “Pepsi Cola”ya qonaq edirdilər. Sərgidə Nikita Xruşşova da “Pepsi Cola” təqdim olunmuşdu. Ertəsi gün əlində bu içki stəkanı olan Xruşşovun şəkli bütün xarici mətbuat səhifələrində yayılmışdı.  

3. 25 iyun 1987-ci ildə Sov.İKP MK-nın plenumunda “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edilib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə edib. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələnib.

4. 1993-cü ilin 25 iyununda Türkiyənin ilk qadın baş naziri seçildi. DYP sədri Tansu Çiller baş nazir olduqdan sonra ölkə prezidenti Süleyman Dəmirəl hökuməti təşkil etməyi ona tapşırdı. Beləliklə, Türkiyədə DYP və SHP koalisiya hökuməti quruldu.

25 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün dahi Şərq alimi, ensiklopedik biliyə sahib şəxsiyyətlərdən olan Məhəmməd Nəsirəddin Tusinin xatirə günüdür. Tusi Marağa rəsədxanasının yaradılmasına xeyli əmək sərf edib, oranı böyük elmi mərkəzə çevirib. Alim özünün məşhur “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini dəqiq təyin edib.  Nəsirəddin Tusinin elmin müxtəlif sahələrinə dair əsərləri hələ də dünya alimləri tərəfindən öyrənilir və təqdir olunur. (1201-1274)

2. Məşhur alman alimi, fiziki-kimyanın banilərindən biri Valter Nernst 1864-cü ilin 25 iyununda dünyaya gəlib.

3. Azərbaycanın görkəmli səhnə ustası Sona Hacıyeva 1907-ci ilin bu günü Şəkidə doğulub. Səhnə fəaliyyətinə 14 yaşından (1921) başlayıb. 16 yaşından ömrünün sonunadək (1923-1979) – düz 56 il Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub (1907-1979).

4. Azərbaycanın görkəmli səhnə ustası, Gülşən və Hamlet kimi tanınmış aktyorların atası – Ağadadaş Qurbanov 1911-ci il 25 iyunda dünyaya gəlib. Onun həm teatr, həm kinoda yaratdığı dramatik və komik obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb (1911-1965).

5. Azərbaycanın tanınmış fiziki, professor Qüdrət Axundov 1932-ci ilin bu günü Ordubadda anadan olub. Tədqiqatları əsasən yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsinə aiddir (1932-1973).

6. 25 iyun 1939-cu ildə  Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939-2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

7. 25 iyun 1940-cı ildə Əməkdar artist, müğənni Yaşar Səfərov (1940-2007)  doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

8. 25 iyun 1980-cı ildə yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (22.12.1920 – 1980) vəfat edib. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.

9. Dünyanın ən məşhur estrada müğənnisi, "Pop musiqi kralı" Maykl Cekson  2009-cu ilin 25 iyununda 51 yaşında həyatdan köçüb (1958-2009).(Bizim.Media)

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər