{category-title}

Mingəçevirdə deputatların da adlarının qarışdığı özbaşınalıq... - QALMAQAL

 Yanvar ayının 11-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. Hər zaman olduğu kimi bu dəfə də Cənab Prezident xalqı incidən məmurlara qarşı sərt təpki göstəriləcəyini, yerli icra, məhkəmə orqanlarının sadə insanlara münasibətdə ədalətli olmalarını birmənalı şəkildə tələb etdi.
Bəs Mingəçevirdə nə baş verir?
Məsələ burasındadır ki, şəhər əhalisi hər zaman sabitliyin, təhlükəsizliyin tərəfdarı olubdur, hər zaman Prezident İlham Əliyevlə həmrəy olduqlarını sübut ediblər. Belə olan təqdirdə kimlər suyu bulandırır? Kimlər Prezidentin verdiyi tapşırıqları öz şəxsi maraqlarına uyğun icra edirlər? Kimlər ədalət məhkəməsi prinsipinə xalq arasında sadəcə xələl gətirirlər?
Elə həmin gün, 11 yanvar tarixində Mingəçevir şəhər məhkəməsi, Ələkbər Hüseynovun hakimliyi, ittihamçı prokuror Vidadi Cabbarovun iştirakı ilə 7NEWS.az saytının bölgə müxbiri, evin tək oğlu, “karyer”in yerini belə bilməyən Yusubov Mirzə Üzeyir oğluna qarşı irəli sürülən həbs ittihamı ilə bağlı prosesi başa çatdı. Fiziki cəhətdən problemləri olan gəncə günahnsız ola-ola 3 il 6 ay iş kəsildi, məhkəmə cəmi 7 dəqiqə çəkdi.
Biz də 7NEWS.az olaraq ölkə rəhbərliyinin və Ekologiya nazirliyinin daş karxanalarla bağlı verdiyi qərarları dəstəkləmişik. Bəli, ekologiyanı zəhərləyən, zədələyən hər kəs layiqli cəzasını almalıdır. Bu sahədə Prezidentin sərt göstərişi başadüşüləndir. Ancaq prezident bu tələbi qoyarkən işi aparan prokurorlara sosial statusuna görə fərq qoyulmamasını xüsusi olaraq tapşırıb. Hamı qanun qarşısında bərabərdir. Ancaq görünür hüquq-mühavizə orqanlarına çalışan bəzi hakimlər, ittihamçılar Eldar Mahmudov taktikasına üstünlük verərək prosesə öz şəxsi maraqlarını da “əlavə” edirlər. Baş Prokuror, Cənab Zakir Qaralov Azərbaycan müstəqilliyinin qorunması, sabitliyin təmin edilməsi baxımından böyük işlər görüb və görməkdədir. Cənab Zakir Qaralov həm də ölkə rəhbərliyi qarşısında siyasi sadiqliyi, etibarlılığı və xalqa səmimi münasibəti ilə hər zaman fərqlənib.
Belə olan təqdirdə 2 deputatın payçı olduğu “karyer”ə görə niyə 25 yaşlı, heç vaxt məhkumluğu olmayan gənc jurnalist, QHT üzvü, evin tək oğlu 3 il 6 ay həbs edildi?
Niyə heç bir istintaq aparılmadı?
Niyə aylıq gəlirin az qala 80 faizini götürən bu iki deputat istintaq prosesinə cəlb edilmədi?
Niyə bütün Mingəçevir əhalisi arasında Cənab Zakir Qaralovun rəhbərlik etdiyi qurum haqqında mənfi rəy formalaşdırılır, həm də onun ad günü ərəfəsində?
Ölkəmizə qarşı beynəlxalq səviyyədə başlanılar qarayaxma kampaniyaları dönəmində niyə belə bir məsuliyyətsiz addım atılır?
Niyə bu məsələnin əsas şikayətçi tərəfi olan Ekologiya Nazirliyi rəsmi şəkildə “Bu gənc evin tək oğludur, hissə-hissə ödənilməsinə etiraz etmirik” müraciəti qulaqardına vuruldu?
Və nəhayət, niyə Cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqlar bəzi prokuror və hakimlər tərəfindən təhrif edilir və öz istəklərinə uyğun tətbiq edilir?
Bu suallar olduqca ağır suallardır. Ancaq mütləq bu sualları Cənab Prezidentə çatdıracaqlar. O zaman ittiham kürsüsündə 25 yaşlı günahsız, xəstə gənc deyil, deputatları müəyyən maraqlar müqabilində müdafiə edən məmurlar dayanacaqlar və cavab verəcəklər.
Prezidentin və Baş Prokurorun etimadını bu formada “xərcləyən”, tapşırıqları öz şəxsi maraqlarına uyğun icra edən məmurlarla cinayət ortaqalarından biri də şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayevdir. Çox hörmətli ittihamçı prokuror Vidadi Cabbarov 25 yaşlı gənc jurnalisti tutdurmaq üçün çox uğursuz adam seçib. Çoşqun Abdullayevin özü haqqında redaksiyamıza bu günə qədər azı 50-ə yaxın rüşvətlə saxta sənədin verilməsi, ovşor maliyyə əməliyyatları, qanunsuz zəbtlər, dövlət büdcəsini talama və yayınmalarla bağlı məlumatlar daxil olub. Bu adam özü nəinki Mingəçevirdə, hətta bütün ölkə bələdiyyələri arasında ən korrupsioner sədr kimi tanınır (yaxın günlərdə Bələdiyyə sədrinin fəaliyyəti ilə bağlı faktla müşaiyət olunan yazını dərc edəcəyik). Belə bir adamla 2 deputata görə əlbir olub 25 yaşlı gənc jurnalisti həbs etdirmək yumşaq desək ölkəmizin dünya miqyasında adına ləkədir. BU GÜNDƏN ETİBARƏK BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLARA, HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ, SƏFİRLİKLƏRƏ BU QANUNSUZ HƏBSLƏ BAĞLI MÜRACİƏT ÜNVANLANACAQDIR.
Onu da qeyd edək ki, şəhərin əvvəlki icra başçısı Niyazi Bayramov bu kimi proseslərə həssas münasibət göstərər, ədalətin bərqərar olması üçün əlindən gələni edərdi.
Məlumat üçün qeyd edirik ki, Mirzə Yusubovun atası Üzeyir Yusubov (rəhmətə gedib) millət vəkilləriA zər Kərimli və Rüfət Quliyevləbirlikdə karyer işlədiblər. Üzeyir Yusubov rəhmətə gedəndən sonra onun pay hissəsi avtomatik olaraq onun həyat yoldaşına keçib. Bundan sonra anasının təkidi ilə oğlu, 25 yaşlı Mirzə Yusubov karyerin direktoru təyin olunub. Amma bu təyinat daha çox formal xarakter daşıyıb.
Ötən il isə müəssisədə yoxlamalar başlanıb, nəticədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəsisəyə 80 min manata yaxın cərimə yazıb. Maraqlıdır ki, hakim Ələkbər Hüseynovun və dövlət ittihamçısı Vidadi Cabbarovun iştirakı ilə keçirilən məhkəmədə şirkətə deyil, şəxsə cərimə kəsilib. Əgər cərimə şirkətə kəsilərsə, yuxarıda adıkeçən millət vəkillərinin yaxınlarının (Mustafayev Səbuhi Yusif oğlu və Quliyev Adil Qulu oğlu) adlarına rəsmiləşdirilən pay sahibləri – təsisçilər də cəriməyə məsul olardılar. Amma məhkəmə hər şeyi 26 yaşlı gəncin üzərinə yükləyib, üstəlik dövlət ittihamçısı onun mütləq həbs olunmasın istəyir. M.Yusubov isə artıq cərimənin 14 min manatını ödəyib, yerdə qalanını da hissə-hissə ödəməyə hazırdır. Üstəlik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəməyə rəsmi bildiriş göndərərək, cərimənin hissə-hissə ödənməsinə etiraz etmədiyini bildirib.
Amma nə sirdirrsə dövlət ittihamçısı və məhkəmə cərimənin ödənməsində yox, 26 yaşlı gəncin, həm də ağır ürək xəstəsi olan birinin illah da həbs olunmasında israr edir.
Görünür məsələ cərimə yox, karxananın ələ keçirilməsi, və şəriklərdən birinin sıradan çıxarılmasıdır.
Mövzu ilə bağlı M.Yusubovanın anası da kömək üçün Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb:
Müraciəti oxucularımıza təqdim edirik:
“Hörmətli Mehriban xanım!
Mən Yusubova Dilşad Cahangir qızı dul qadın, üç övlad anası, dörd nəvə nənəsiyəm. Sizin də övladlarınız və nəvələrinizə Tanrıdan uzun və xoşbəxt ömür diləyirəm. Həyat yoldaşım Yusubov Üzeyir Mirzə oğlunun 2010-cu ildə qəfil vəfatından sonra ailənin bütün yükü mənim çiyinlərimə düşdü. Ərimin vəfatından sonra ondan bizə miras qalmış karxanananın yükü də bizim üzərimizə düşdü. Ancaq keçən müddət ərzində karxananın fəaliyyətini düzgün nizamlaya bilmədiyimiz, çoxlu sayda yoxlamaların aparılması və s. səbəblərdən müəssisə ziyanla işlədi və 2016-cı ildə tamamilə fəaliyyətini dayandırdı. Prezidentimiz İlham Əliyevin imzasıyla 2015-ci il noyabrın 1-də Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. 31 oktyabr 2017-ci il tarixdə qüvvəyə minən 845-VQD nömrəli Qanunla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilin yanvarın 1-dək dayandırılırmasından sonra müəssisənin həmtəsisçiləri ilə qərara gədik ki, yenidən müəssisənin fəaliyyətini bərpa edək. Beləliklə, 2017-ci ilin iyun ayının əvvəlində rəsmi fəaliyyətə başladıq. Prezidentimiz 17 aprel 2017-ci ildə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində etdiyiniz çıxışınızda bildirdi ki, “Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”. Lakin bütün deyilənlərə baxmayaraq müəssisənin fəaliyyət göstərdiyi bir il ərzində elə ay olmadı ki, müxtəlif dövlət orqanlarının əsaslı yaxud əsassız yoxlaması olmasın. Bu azmış kimi, Mingəçevir Şəhər Bələdiyyəsi də qeyri-qanuni tələb irəli sürərək müəssisənin bələdiyyəyə 26 min borcunun olması iddiasını irəli sürdü lakin məhkəmədə bunu sübuta yetirə bilmədi. Sonuncu yoxlama Baş Prokurorluq tərəfindən aparıldı və nəticədə oğlum Yusubov Mirzəyə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə 192.1, 213.2.2, 247 və 308.2 –ci maddələri ilə cinayət işi açıldı və müəssisənin fəaliyyəti dayandırıldı. Hal-hazırda Mingəçevir şəhər Məhkəməsində işə baxılır və ittihamçı prokuror Vidadi Cabbarov mənə dedi ki sənin oğluna 4 il yarım iş verəcəm getsin türmədə yatsın. Oğlumu dövlətə 74 min ziyan verməkdə, 100 mindən artıq bələdiyyə vergisindən yayınmaqda ittiham edirlər. Biz dövlətimizin gördüyü tədbirlərə qarşı deyilik. Hər zaman dövləti və dövlətçiliyimizi dəstəkləyirik.
Biz hamılıqla 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verdik. Hər zaman dəstəklədik və dəstəkləyəcəyik. Bu məsələdə də, haqq və ədalətin zəfər qazanması üçün sizdən kömək gözləyirik.
Axı 25 yaşlı Mirzənin günahı nədir.
Onun bircə günahı var. Günahı odur ki, atasından ona karxanın bir hissəsi miras qalıb. Əgər bələdiyyəyə borcu varıydısa necə olur ki Bələdiyyə özü qaldırdığı iddiada 26 min borcdan söhbət gedir sonradan rəqəm şişirdilir olur 100 min. Bu addımlar nə üçün atılır? İnsanların prezidentə və Sizə olan inam və sevgilərini sarsıtmaq üçünmü? Biz əlimizdə ovcumuzda nə qədər pulumuz var idi hamısını, yəni 14 min manatı ödəmişik.
Hətta zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi də, ziyanın hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirib.
Biz sadəcə vaxt istəyirik.
Ancaq prokuror inadla deyir ki, pulu ödəməsəniz oğlunuzu həbs edəcəm. Əgər bizim imkanımız olsa idi, kredit borcumuzu ödəyərdik, qalmazdı.
Hörmətli Mehriban xanım!
Mən dul, başsız qadının tək yetim oğlu həbs olunacaq. Əgər pozuntuya yol verilibsə niyə müəssisənin bütün payçıları eyni qaydada məsuliyyət daşımır. Məlumunuz olsun ki, deputatlar Rüfət Quliyev və Azər Kərimli də bu karxanada pay sahibidirlər. Onlar da, bərabər şəkildə qazanc götürüblər. Lakin nə işdirsə onlar məsuliyyətdən yayınırlar. Deməli həmişə olduğu kimi zəif, imkansız, əzilmiş insanlar əzab çəkməlidir.
Mənim Sizdən bircə xahişim var. Mən yenə də dilənib dolanıb bu pulu ödəməyə hazıram. Oğlumu həbs etməsinlər. Onun heç bir günahı yoxdur. O heç bir vaxt yüngül belə cinayət törətməyib. Ictimai işlərdə fəaldır, bəzi mətbu redaksiyalarda texniki-müxbir işçi kimi ictimai əsaslarla çalışır. Sizin də bir oğlunuz var. Onu gözünüzün qabağına gətirin. Sadəcə vaxt versinlər bizə, tutmasınlar oğlumu.
Hörmətlə, Dilşad Yusubova”
MÖVZUNU DAVAM ETDİRƏCƏYİK.
 \\xalqxeber.az\\ 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər