{category-title}

BP "Şahdəniz" yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb

Böyük Britaniyanın BP şirkəti "Şahdəniz" yatağında 2026-2035-ci illəri əhatə edən uzunmüddətli seysmik tədqiqat proqramını həyata keçirmək niyyətindədir.

"Report"un "BP-Azerbaijan"a istinadən verdiyi məlumata görə, yatağın müqavilə ərazisində seysmik işlərin başlanması 2026-cı ilin dördüncü rübünə planlaşdırılıb.

Tədqiqatlar "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) perspektiv strukturlar blokunda seysmik kəşfiyyat sahəsindən təxminən 80 km cənub-cənub-qərbdə yerləşən "Şahdəniz" müqavilə ərazisində həyata keçiriləcək. Bu zaman "Şahdəniz"də işlər ADUA blokunda planlaşdırılan 2D seysmik kəşfiyyat və "Qarabağ" yatağında seysmik tədqiqatlarla eyni vaxtda aparılmayacaq.

Qeyd edək ki, ADUA layihəsi üzrə seysmik tədqiqatlar proqramı ikiböyutlu yüksək həll (HR) seysmik kəşfiyyatın aparılmasını nəzərdə tutur. İşlər qısamüddətlidir və 12 saatlıq iş rejimində 20 günədək və ya fasiləsiz iş rejimində 10 günədək davam edəcək.

Seysmik kəşfiyyat ADUA blokunun şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək və 2026-cı ilin fevral-aprel ayları arasında 20-40 metr su dərinliyində aparılması planlaşdırılır.

BP 2025-ci ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Yatağın seysmik tədqiqat proqramı iki mərhələdən - dəniz dibi qovşaqlarından ("Ocean Bottom Node", OBN) istifadə edərək seysmik kəşfiyyat, həmçinin yüksək (HR) və ultra yüksək (UHR) həlletmə qabiliyyətli seysmik çəkilişdən ibarətdir. Birinci mərhələ üzrə işlərin müddəti 3,5 ayadək təşkil edir. İşlər 140-200 metr dərinlikdə aparılacaq. 45 günə qədər davam edəcək HR/UHR çəkilişi 2026-cı ilin mart-aprel aylarında planlaşdırılıb.

"Şahdəniz" üzrə müqavilədə tərəflərin pay bölgüsü hal-hazırda belədir: BP (operator - 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NICO (10 %) və "Cənub Qaz Dəhlizi" QSC (16,02 %), MVM (5 %).

Hazırda yataqda qaz və kondensat hasilatı "Mərhələ-1" çərçivəsində "Şahdəniz Alfa" platformasından və "Mərhələ-2" çərçivəsində "Şahdəniz Bravo" platformasından həyata keçirilir. Burada qaz hasilatı 2006-cı ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, BP şirkəti 2025-ci ilin dekabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. Birinci seysmik proqram dekabrda başlayacaq və üç ay yarım müddətdə davam edəcək. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.

HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.

Son xəbərlər

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Bütün xəbərlər