{category-title}

Gündəm / İdman
18.04.2025, 13:03
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək
<!-- x-tinymce/html -->

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.
Əvvəlcə "Xilasedici" "Azərreyl"lə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da başlayacaq.
"Neftçi" isə "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək. Bu matç sat 17:00-da start götürəcək.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, komandalar arasında yarımfinal mərhələsinin ilk matçında "Murov Az Terminal" "Neftçi"ni, "Azərreyl" isə "Xilasedici"ni 3:0 hesabı ilə məğlub edib.