{category-title}

Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb

 

“Hürriyyət”in redaksiysına məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya ilə bağlı növbəti şikayət məktubu daxil olub. Bakı sakini Abbasova Solmaz Həsən qızı tərəfindən daxil olan həmin məktubu olduğu kimi sizə təqdim edirik:

“Mən, Abbasova Solmaz Həsən qızı, 1953-cü ildə Bakıda anadan olmuşam. Himayəmdə 1978-ci il doğumlu 1-ci qrup anlaqsız ruhi xəstə oğlum var, həyat yoldaşım 1999-cu ildə dünyadan köçüb.

Mənim əslən Naxçıvanın Şərur rayonundan olan rəhmətlik atam, polkovnik Əliyev Həsənbala Qüdrət oğlu İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədə göstərdiyi şücaətə görə mərhum prezident Heydər Əliyev ona Bakı şəhərinin Sabunçu rayonu, Vişnovka-1 qəsəbəsində 12 sot torpaq və 14 kv.metrlik 901 saylı bağ evi hədiyyə etmişdi. Onu da deyim ki, anam Mixxtirova Edis yəhudidir və torpaq sahəsi atama hədiyyə ediləndə onlar rəsmi nigahda olublar, yəni torpaq atamla anamın ortaq mülkiyyətidir (müqavilənin arxasında həmçinin bacımla qardaşımın adı da qeyd edilib). Amma nə torpaq, nə də həmin torpaq sahəsində tikilən ev özəlləşdirilmədiyindən dövlət qeydiyyatında idi.

2004-cü ildə, atamın yaşlı və xəstə vaxtında (gözləri tutulmuşdu, anam həmin vaxt İsraildə idi, hazırda da İsraildə yaşayır) iki qadın onu aldadır. Onlardan biri, atamdan 50 yaş kiçik olan Javliyeva Suqra atamla anamın rəsmi nigahı olduğu halda, qeyri-qanuni yolla onunla nigaha girir və atamın Maştağadakı evini öz adına keçirtdirir. İkinci qadın - Quliyeva Zenfira Sədrəddin qızı isə atamın Vişnyovkadakı 901 saylı 14 kv. metrlik bağ evini anamdan gizlin, onun imzası olmadan özəlləşdirir (atamın korluğundan istifadə eərək ona pensiya ilə bağlı sənəd imzalatdırdığını bildirir).

“Torpağı və evi öz adıma keçirməkçün dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, bütün müraciətlərim nəticəsiz qalıb”

Qeyri-qanuni nigahı ləğv etdirib, evi Javliyeva Suqradan ala bilsək də (həmin evi satıb pulunu o zaman ağır xəstəlikdən əziyyət çəkən rəhmətlik qardaşımın müalicəsinə xərclədik), bağ evi 2008-ci ildə Zenfira Quliyeva tərəfindən Abşeron rayonu, Fatmayi kəndinin sakini Ağarəşidov Arzu Süleyman oğluna satılır. Amma alqı-satqı qanuni olmadığından ev Arzu Ağarəşidovun adına keçirilməyib, yəni atama kələk gələn qadın bu məsələdə də fırıldaq işləyib.

2009-cu ildə atam dünyasını dəyişir və bağ evinin satıldığı məlum olur. Atamın yeganə vərəsəsi olduğumdan torpağı və evi öz adıma keçirmək üçün dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, bütün müraciətlərim nəticəsiz qalıb. 2015-ci ildənsə rəsmi vərəsəlik sənədim var. Amma 2017-ci ildə Əmlak Komitəsi cinayət işləyərək alqı-satqı müqaviləsi olmadan atamdan qalan 12 sot torpağı 3 min manata Zenfira Quliyevaya satıb.

“Müraciət etdiyim məhkəmələr Zenfira Quliyevadan pul alıb onun xeyrinə qərar çıxarırlar”

Maraqlıdır ki, Əmlak Komitəsi özəlləşdirilməmiş torpağı, alqı-satqı müqaviləsi olmadan necə sata bilər? Bu açıq-aşkar cinayətdir. Amma müraciət etdiyim məhkəmələr Zenfira Quliyevadan pul alıb, onun xeyrinə qərar çıxarırlar.

Əvvəlcə sözügedən işə Sabunçu rayonunun məhkəməsində baxılırdı. O zaman hakim İmran Burcayevdən soruşdum ki, sizcə, atam özəlləşdirilməmiş evi, yaxud torpağı kiməsə necə sata bilərdi? Həmçinin, anamın və ailə üzvlərimizin razılıq imzası olmadan bağ evimizin satılması qanunidirmi?

Hakim mənim haqlı olduğumu qəbul etsə də, sonradan Zenfira Quliyevadan rüşvət alıb, onun xeyrinə qərar çıxardı. Çünki saxtakar Zenfira Quliyevanın arxasında Əmlak Komitəsi durur və həmin cinayətdə əli olan insanlar - Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov, Əmək Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinin rəis müavini Zəfər Abdulov, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov cinayət əməllərini ört-basdır etmək məqsədi ilə Zenfira Quliyevaya havadarlıq edirlər.

Hazırda iş Bakı Appelyasiya Məhkəməsində, hakim Xumar Mərdanovadadır. O da Zenfira Quliyevadan yüksək məbləğdə rüşvət istəyib. Bilirəm ki, istədiyi pulu alacaq və atamdan qalan evlə torpaq bu dəfə də mənə qaytarılmayacaq.

“7 ay evimdə mənimlə birgə yaşayan, çörək kəsdiyim, inandığım bir ailənin başıma belə bir iş açacağını ağlıma gətirməzdim”

Amma təəssüf ki, problemlər bununla bitmir. Bundan da böyük problemim var. Əslində artıq problemlikdən çıxıb, mənim üçün də, xəstə balam üçün də böyük dərdə çevrilib.

12 ildir dələduz adamların, fırıldaqçıların ucbatından qapılarda qalmışıq. Düz bir il qəbirstanlıqda gecələməli olmuşuq, xəstə övladıma xəstəxanada sifarişlə işgəncə veriblər, onu aradan götürmək üçün müxtəlif yollara əl atıblar, oğlumun sol bud oynaq sümüyünü və burnunu sındırıb ölümcül döyüblər (bu hadisə 2006-cı ildə Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserində baş verib), oğlumu böyük çətinliklə müalicə etsəm də, bu günədək yeriyəndə ayağını çəkir. Döymədiyim qapı qalmayıb, amma dərdimə əlac edən, məni düşdüyüm bu müşgüldən xilas edən bir kimsə tapılmır ki, tapılmır.

Söhbət qanunsuz yolla əlimizdən alınan, içində yarım milyonluq malım olan beşotaqlı mənzilimizdən gedir. Bunu təsdiq edən sənəddə 11 nəfərin imzası var. Mənzilin kupçası (Mülk kağızı) məndədir. 2005-ci ildə məhkəmə yolu ilə evimi qaytarıb, 10 ay orda yaşamışam. Amma pulla alınan hakim yenidən fırıldaqçıların xeyrinə qərar verib və məni xəstə balamla birgə halalca mənzilimdən çıxarıb küçəyə atıblar.

Məsələ ondadır ki, beşotaqlı mənzilimin iki otağında ailəsi ilə birgə kirayənişin qalan Hüseynov Cabir Mirzə oğlu evimin sənədlərinin banka təqdim etmək üçün çıxartdırdığım surətləri ilə qanunsuz alqı-satqı əməliyyatı həyata keçirərək, məni evsiz qoyub.

“Cabir Hüseynov Mənzil İstismar idarəsinə oğlumla birgə avtomobil qəzasında həlak olduğumu bildirərək, mənzilimi satıb”

7 ay evimdə mənimlə birgə yaşayan, çörək kəsdiyim, inandığım bir ailənin başıma belə bir iş açacağını ağlıma belə gətirməzdim.

Oğlumu xəstəxanaya qoyub xəstə anama baş çəkməyək üçün İsrailə getmişdim. Qayıdanda gördüm ki, lələ köçüb, yurdu qalıb. Evimin sənədlərinin surətlərini ələ keçirən Cabir Hüseynov Mənzil İstismar idarəsinə oğlumla birgə avtomobil qəzasında həlak olduğumu bildirərək, mənzilimi satıb.

İsrailə, ordan da oğlumun sənədləri ilə əlaqədar Moskvaya getmək üçün borc pul axtardığım vaxt (mənzilimi banka girov qoyub pul götürmək istəyirdim, müəyyən səbəblərə görə alınmadı) Cabir Hüseynov mənə öz köməyini təklif etdi. Hələ bir neçə il evimdə qalacaqlarını bildirən ailə başçısı mənə 3 min manat verib, bunu kirayə haqqı kimi qəbul etməyimi xahiş etdi. Mən də razılaşdım.

Artıq qeyd etdiyim kimi, məhkəmə yolu ilə mənzilimi qaytardım, amma 10 aydan sonra Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev rüşvət alıb, evin bizə aid olmadığına dair qərar verdi, bizi qeydiyyatdan çıxarıb mənzilimizi əlimizdən aldı.

“Düzünü deyim ki, çox yorulmuşam, amma geri çəkilmək fikrim yoxdur, sona qədər mübarizə aparmağa qərarlıyam”

(Ardı var)

 

Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb

 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər