{category-title}

<!-- x-tinymce/html -->

Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab - ŞƏRH

 
Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi"nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb.

Hər hansı bir keçmiş sovet respublikasına qarşı siyasət yürüdərkən Rusiya tərəfi ənənəvi olaraq onun diasporuna təzyiqlərin olacağı ilə təhdid edir. Bu dəfə də eyni oldu. Şimal qonşumuz özünün ağır artilleriyasını işə salmaq qərarına gəlib. Məsələyə bu ölkənin hakim “Yedinaya Rossiya” partiyası cəlb edilib. Bu partiyanın Dövlət Dumasında təmsil olunan nümayəndələri də illərdir sınaqdan çıxmış “tədbirlərin” görülməsini təklif ediblər.

Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.

100-ə yaxın xalqın dövləti kimi özünü təqdim edən Rusiya Federasiyasında deputat digər millətlərin nümayəndələrinin ünvanına jarqon sözlərlə təhqirlə yağdırırsa, bu, həmin ölkədə yaşayan və ya ora hər hansı bir məsələdən ötrü səfər etmək istəyən digərlərinə də ciddi siqnaldır.

Məlum məsələdir ki, Azərbaycana qarşı addımlarla bağlı təkliflər paketi ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu deyil. Bunun kökünü Kremldən gələn göstərişlərdə axtarmaq lazımdır.

Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab - ŞƏRH

Nikolay Valuyev

Buna sübut kimi həmin partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popovun səsləndirdiyi təkliflərdir. O təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır.

Ukraynanın Donetsk vilayətində separatçılıq işlərində qazandığı uğurlara görə, Rusiyanın Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk adlı birisi isə özünün terrorçu mahiyyətini ortalığa qoyaraq “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürüb. Gələcəkdə erməni separatçısı Arayik Arutunyanın taleyini yaşaya biləcək A.Pinçuk nəzərə almayıb ki, “Sadovod” prezident Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.

Belə bir təklifi iki faktorla izah etmək olar. Ola bilər ki, Pinçukun başı Donetskdə separatçılığa elə qarışıb ki, vacib məsələlərdən məlumatsızdır. Və ya Rusiyada mərkəzdənqaçma meyilləri elə güclənib ki, hətta hakimiyyətyönlü təbliğatçılar özlərində ölkə rəhbərinə meydan oxumaq cürəti tapıblar.

Bu ara rusiyalı təbliğatçılar hədlərini o dərəcədə aşıblar ki, Azərbaycanın mülki təyyarəsinin vurulmasında rəsmi Bakını ittiham etməyə başlayıblar.

İttihamlara qalsa Azərbaycan Rusiyanı “top atəşinə” tutar. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı Rusiyanın birmənalı dəstəyindən tutmuş, ötən əsrin 90-cı illərində bir milyard dollarlıq silahın Ermənistana verilməsinə qədər. Məsələni ictimailəşdirən general Lev Roxlinin öldürülməsini də bu sıraya qatmaq olar. Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimləri də məhz Kremlin birbaşa dəstəyi sayəsində iqtidarı əldə saxlayırdılar.

 

Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab - ŞƏRH

Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsi

İkinci Qarabağ Müharibəsi zamanı da Rusiya 90-cı illərdəki addımlarını təkrarladı. Erməni tərəfi Rusiya tərəfindən silahlandırıldı, Azərbaycana qarşı istifadə edilmək üçün onlara "İsgəndər", "Pansır", "Pole 3M" və digər sistemlər verildi.

44 gün ərzində Azərbaycan mətbuatı bununla bağlı dəfələrlə yazılar dərc etdi, məsələyə dövlət başçısı səviyyəsində münasibət bildirildi.

Silah yardımından əlavə Rusiya Ermənistana informasiya sahəsində də lazımi yardımı göstərdi. Bu ölkənin əsas telekanallarının efirindən solovyovlar, skobeyevalar və digərləri Azərbaycana qarşı saysız-hesabsız tənqid, təhqir, hədələr yağdırdılar.

Rusiyanın təbliğatçıları hətta Azərbaycanın işğalda altında olan torpaqlarının azad edilməsini də onun xoş niyyəti kimi qələmə verirlər. Yəqin bu “xoş niyyətin” nəticəsi kimi Rusiya hər vəchlə torpaqların tam azad edilməsinə mane olmağa çalışırdı. Vəziyyəti nəzarətdən qaçırmamaq üçün Moskvanın son ümidi bölgəyə yeridilən sülhməramlılarla bağlı idi. Kremldə elə bilirdilər ki, Qarabağı da Ukraynanın ərazisində qeyri-qanuni yaradılmış qondarma Luqansk XR, Donetsk XR kimi istifadə etmək olar.

Bu fonda rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda qəfil peyda olmasını da yalnız sadəlövh insanlar təsadüf saya bilər. Rusiyada Vardanyan tipli oliqarxların birbaşa olaraq xüsusi xidmət orqanlarının kurasiyası altında fəaliyyət göstərdiyini nəzərə alsaq onun da Kremlin "Qarabağ layihəsi" kimi qəbul edilməsi təbiidir. Bundan başqa həmin zaman Qarabağda Rusiya diasporu da peyda oldu. Hətta ona sədr də tapıldı. Lakin Azərbaycan jurnalistlərinin qısa araşdırmasından sonra məlum oldu ki, həmin sədr də son təyinatına qədər Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olub.

Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab - ŞƏRH

Moskva, Kreml

Miqrantlarla bağlı şantajlara gəldikdə, Rusiya da bu kateqoriyadan olan insanlarla necə davranılması hamıya məlumdur. Artıq insanları şantaj edib, hədə-qorxu gəlib müharibəyə aparır və qırğına verirlər.

Azərbaycana qarşı təbliğatçıların istifadə etmək istədikləri iqtisadi faktorlara gəldikdə isə qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10 %-ni təşkil edir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 %-ni isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Kimə daha böyük ziyan dəyəcəyi də bu rəqəmlə izah olunur.

Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazırdır, amma bu cür davranışı da qəbul etmir. Heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı təhqiramiz davranış olmayıb. Amma bu gün Kremlə yaxın "propaqandistlərin" ritorikası Rusiyanın hakimiyyət dairələrində nələrin baş verdiyi məsələsi ətrafında bir daha düşünməyə ciddi əsas yaradır.(Report)

Son xəbərlər

Azərbaycan ilə Şərqi Qazaxıstan vilayəti qarşılıqlı ticarət və turizmi inkişaf etdirməyi planlaşdırır

Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək

Sabah yağış yağacaq - PROQNOZ

Ukrayna aviaşirkəti səhlənkarlıqda günahlandırılıb, İranda ölən sərnişinlərin ailələrinə zərəri ödəməli olacaq

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib

Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib

Dəyişməyən varis - sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır - ŞƏRH

Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ABŞ səfəri ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır

Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib

Xəzər dənizində zəlzələ olub

Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var

Aytən Səfərovaya cinayət işi açıldı

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

Tramp Putinlə danışıqlarda əsas məqsədini açıqlayıb

Bakıda 4 avtobusun hərəkət istiqaməti dəyişir

İrlandiya Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan razılaşmaları alqışlayır

Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

Bakının Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Paşinyan Putini Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumatlandırıb

İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib

İsmayıl Bəqai: İranla Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələr keçirəcək

Bütün xəbərlər