{category-title}


Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olub və səfər zamanı iki ölkə arasında müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ olan bu Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Bu səfərin nəticələri bir daha təsdiqlədi ki, tarixi Zəfərimiz, Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir. Eyni zamanda, çoxşaxəli müstəqil xarici siyasət yürüdən Azərbaycanın hər hansı bir ölkə ilə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq sülh mesajlarını ünvanlayıb, yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib.
Azərbaycanla Rusiya arasında müttəfiqlik Bəyannaməsi bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə hər iki ölkənin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb. Bəyannamədə, həmçinin beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
İki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin rəsmiləşdirən Şuşa Bəyannaməsinin ardınca Azərbaycanla Rusiya arasında Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
Bu gün müttəfiqlik Bəyannaməsini imzalayan Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Atılan hər bir addım, imzalanan sənədlər bu əlaqələri daha da yaxınlaşdırır, gələcək üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə stimul verir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərində keyfiyyətcə yeni səhifə açır.


Nicat Hüseynov – YAP Səbail Rayon Təşkilatının əməkdaşı

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər