{category-title}

<!-- x-tinymce/html -->

Ermənistanın iqtisadi potensialının tükənməsi – ŞƏRH

 
Ermənistanın iqtisadi aktivlik göstəriciləri ötən ilin son aylarında xeyli azalıb. Bunun səbəbi isə erməni iqtisadiyyatının iqtisadi artımının xarici amillərə bağlı olması, bu amillərin təsirinin isə getdikcə zəifləməsidir. Amillərin təsiri zəiflədikcə artım ətaləti dayanıb. Nəticə olaraq da Ermənistan iqtisadiyyatı özünün güclə sürünən modelinə qayıdıb.

Ümumiyyətlə bu dövlətlə bağlı bütün proqnozlarda iqtisadi aktivliyin azalması tendensiyası özünü göstərir. Məsələn, Dünya Bankının erməni iqtisadiyyatındakı artımla bağlı proqnozları 2025-ci il üçün cəmi 5 faiz, 2026-cı il üçün isə 4.6 faiz göstərilib. Əslində isə bu rəqəmlər də statistik göstəricilər əsasında hazırlanıb və real mənzərənin daha bərbad vəziyyətdə olduğu bilinir. Çünki erməni iqtisadiyyatı öz daxili potensialına yox, xarici təsirə əsaslanıb.

Dünən İsveçrə erməniləri qarşısında suverenlikdən, diaspordan ağızdolusu danışan erməni baş nazir Nikol Paşinyan unudur ki, suverenliyin ən mühüm amillərindən biri iqtisadi cəhətdən özünü təmin etməkdir. Burada da ilkin meyar ərzaq təhlükəsizliyidir ki, Ermənistanda bu məsələ ilə bağlı heç bir təşəbbüs həyata keçirilmir. Kənd təsərrüfatının məqsədyönlü inkişafı ilə bağlı gündəm nəinki ikinci plandadır, həm də insanlar kənd təsərrüfatı ilə məşğul olmamağı məqsədəuyğun hesab edirlər, çünki bu, rentabelsiz hala düşüb. Artıq Ermənistan buğdanın 90 faizini idxal edir və ölkədə dənli bitkilərin becərilməsi ciddi problemə çevrilib. Bu sahədə isə hökumət tərəfindən ciddi addımlar atılmır.

Xatırlatmaq lazımdır ki, erməni dövləti uzun illər buğda təminatını, yəni 2020-ci ilə qədər işğal altında olan Qarabağdan təmin edirdi. Qarabağ və ətraf rayonların işğaldan azad edilməsindən 5 il ötsə də, hələ də Paşinyan hökuməti ərzaq təhlükəsizliyi və buğda təminatı ilə bağlı ciddi addım atmayıb.

Ermənistanın iqtisadi potensialının tükənməsi – ŞƏRH

Bundan əlavə, əgər Ermənistanın ixrac strukturundan reeksportu çıxarsaq, qalan metal xammal - əsasən mis və molibden, bir neçə kənd təsərrüfatı məhsulu, meyvə, konyak və digər içkilərdir. 20 ildən çoxdur ki, mis əritmə zavodunun tikilməsi məsələsi sadəcə müzakirə olunur. Ölkədə İT sahəsində əsas söz sahibi xarici şirkətlərdir və potensiallı erməni şirkətlərini barmaqla saymaq olar. Tikinti, trikotaj, yüngül, yeyinti sənayelərində də vəziyyət acınacaqlı formadadır. Hakimiyyət isə vergi sahəsini yaxşılaşdırmaq, əlverişli biznes mühiti yaratmaq barədə isə sadəcə düşünmək istəmir.

Dövlət başçısı iqtisadiyyatı dirçəltmək, asılılığı azaltmaq əvəzinə velosiped sürmək, omlet hazırlamaqla məşğuldur. 2018-ci ildən bu yana Ermənistan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində heç bir irəliləyiş qeydə alınmayıb. Hakimiyyət mütəmadi olaraq Ermənistanın əlaqələrinin şaxələndirilməsindən, Qərbə doğru addımlar atılmasından danışır, lakin onlar özləri Rusiyadan iqtisadi asılılığı dərinləşdirirlər və ötən il ticarət dövriyyəsi 12 milyard dolları ötüb. Rusiya bazarında problemlər yaranarsa və ya şoklar olarsa, Ermənistanda nələrin baş verəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil.

Yanvar ayı başlayandan isə paytaxt İrəvanı orta və kiçik biznes sahiblərinin etiraz dalğası bürüyüb. Məsələ burasındadır ki, 1 yanvar tarixindən qüvvəyə minən qanun (5 faizdən 10 faizə qədər artırılıb) sahibkarların vergi yükünü bir neçə dəfə artırıb. Dövriyyə vergisinin artırılması kiçik və orta biznes sahiblərini özündən çıxarıb. Bir çox etirazçılar üçün yeni vergi qaydaları dözülməz bir yükə çevrilir. Pensiyaların cüzi miqdarda olduğu Ermənistanda təqaüdçülərin köhnə mallar satdığı “Qnuni” yarmarkasının satıcıları da nümayişə qoşulublar.

Ermənistanın iqtisadi potensialının tükənməsi – ŞƏRH

Aksiya iştirakçıları bildirirlər ki, həm vergilərin artırılması, həm də bəyannamə məsələsi kiçik və orta biznesin məhvi ilə nəticələnəcək. Bildirilir ki, artıq bir sıra sahibkar ölkəni tərk etmək barədə düşünür. Dövriyyə vergisinin iki dəfə artırılması və ya bəzi hallarda dövriyyə vergisi ilə fəaliyyət göstərən subyektlərin əlavə dəyər vergisi və ya mənfəət vergisi sahəsinə keçirilməsi vergi yükünün 8 dəfəyə qədər artırılması deməkdir.

Paşinyan komandasının vergi terror bununla da bitmir. Artıq yeni ildən Ermənistanda daşınmaz əmlak vergisində də ciddi artım müşahidə edilir. İrəvanda hər kvadratmetrə görə tullantıların yığılması haqqının artırılması paytaxt sakinlərinin üzərinə düşən maliyyə yükünü orta hesabla iki dəfə artırır.

Digər qərarlarla da biznes və bir sıra sahələr üçün dözülməz şərait yaranıb. 2008-ci ildə sadələşdirilmiş verginin ləğvi 2009-cu ildə Ermənistanda iqtisadiyyatın rekord səviyyədə tənəzzülü ilə nəticələnmişdi. Bu hadisədən sonra erməni dövlətində köç dalğası başlamışdı. Rəsmi rəqəmlərə görə, 300 min erməni vətəni tərk edərək xarici ölkələrdə məskunlaşıb. Görünür, Paşinyan hökumətinin yeni vergi terroru növbəti köç dalğası ilə nəticələnəcək.

Hələ 2024-cü ildən növbəti ildə vergilərin və ərzaq məhsullarının qiymətində ciddi artım olacağı proqnozlaşdırılmışdı. Bununla yanaşı, hökumət bəyan etmişdi ki, sosial ödənişlər və maaşlarda, pensiyalarda artım olmayacaq. Yeni qiymətlər və vergi artımı isə təkcə yoxsul təbəqəyə yox, yoxsulluq həddində olan təbəqəyə də mənfi təsir edir. Qeyd etmək lazımdır ki, hökumət paytaxt İrəvanda da ictimai nəqliyyatda gedişhaqqını artırmağa cəhd edir. Hələlik “Ana Ermənistan” fraksiyasının ciddi etirazı ilə üzləşən Paşinyan komandası planı fevral ayında reallaşdırmaq barədə düşünür. Eyni zamanda apteklərin elektron resept bəhanəsi ilə ciddi cərimələrə məruz qalması, bu sahədə çalışanların artıq müflis olması ilə nəticələnib.

Ermənistanın iqtisadi potensialının tükənməsi – ŞƏRH

Yanvar ayı başlayandan demək olar ki, hər gün ərzaq qiymətlərində artım müşahidə edilir. Vergilərin artımı ilə əlaqədar bu il hüquqi xidmətlərin, eləcə də mühasibat firmalarının xidmətlərinin bahalaşması hələlik o qədər də narazılıq doğurmayıb. Sadə vətəndaşlar bu xidmətlərlə gündəlik təmasda olmurlar. Aydın məsələdir ki, bundan sonra bu şirkətlərin xidmətindən yalnız əhalinin imkanlı təbəqəsi istifadə edə bilər. Dövriyyə vergisinin dərəcəsinin kəskin artırılması və onun 20%-lik əlavə dəyər vergisi ilə əvəzlənməsi bu il kiçik dükan və köşklərin, çörək sexlərinin, tərəvəz və ət dükanlarının iflasına və kütləvi şəkildə bağlanmasına səbəb olacaq. Yaxın həftələrdə bu satış məntəqələrində qiymətlər supermarketlər səviyyəsinə qalxacaq ki, bu da tələbata və alıcılıq qabiliyyətinə xeyli təsir edəcək. Məlumdur ki, bu məntəqələrə gələnlərin əsas kontingentini əhalinin sosial cəhətdən həssas qrupları təşkil edir. Əgər alıcılıq aktivliyi azalarsa, bu əmlaklar müflisləşəcək.

Sonda söyləmək olar ki, Rusiyaya qarşı sanksiyalar fonunda Ermənistan reeksport ölkəsinə çevrilmişdi. 2024-cü ilin birinci rübündə qızılın təkrar ixracından dövriyyə və vergi daxilolmaları bütün 2023-cü illə eyni idi, lakin 2024-cü ilin ortalarından bu tendensiya kəskin şəkildə azaldı və 2025-ci il daha aşağı rəqəmlərlə başladı. Bu səbəbdən də büdcəyə daxil olan gəlir kəskin şəkildə azalıb və Paşinyan hökuməti büdcə kəsirini doldurmaq üçün vergi terroruna əl atıb. İqtisadiyyatı dirçəltmək, sahibkarlığı və istehsalı təşviq etmək əvəzinə, orta və kiçik biznesi məhv etmək, ölkədə yeni köç dalğasına səbəb olmaq Paşinyan hökumətinin “uğurlu daxili siyasəti” kimi dəyərləndirilməlidir.(Report)

Son xəbərlər

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart soyqırımından 108 il ötür

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

Bu xəstəxanaya baş həkim təyin edildi

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

Bütün xəbərlər