{category-title}

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-2025-ci illərdə ÜDM-in artım tempi 0,1 faiz bəndi azalıb.

Bankın gözləntilərinə əsasən, bu il ölkədə iqtisadi artıma yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar xam neft hasilatının daha az azalması səbəb olacaq.

“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 %-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, - hesabatda deyilir.

Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4 % civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır.

Eyni zamanda 2024-2026-cı illərdə kənd təsərrüfatında 3 % (2023-cü ildəki 3,2 %-lik artıma qarşı), sənayedə 0,2 % (2023-cü ildəki 0,9 % azalmaya qarşı), xidmət sektorunda 2024-2025-ci illərdə artım 5,3 %, 2026-cı ildə 5,2 % (2023-cü ildəki 3,8 % artıma qarşı) artım gözlənilir.

Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4 %, 2025-ci ildə 3,9 %, 2026-cı ildə isə 3,5 % artacaq. 2023-cü ildə artım 9,6 % olmuşdu.

“Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1 %-ə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1 %-ə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profsitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5 %-ə yaxınlaşacağı proqnozlaşdırılır.

Azərbaycanın əsas ixrac və büdcə gəliri mənbəyi kimi karbohidrogenlərdən davamlı asılılığı onun əsas zəifliyi olaraq qalır. Bu, neft hasilatının azalması, neftin qiymətinin dəyişkənliyi və qlobal miqaysda qalıq yanacaqlardan imtina ilə əlaqədar uzunmüddətli artım perspektivlərini təhlükə altına salır”, - bankın analitikləri bildiriblər.

Onların fikrincə, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşma istiqamətində səyləri gücləndirmək üçün fürsət ola bilər: “Təhrifli qalıq yanacaq subsidiyalarının aradan qaldırılması emissiyaları əhəmiyyətli dərəcədə azalda və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirə bilər”.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər