{category-title}

512 vakant vəzifəyə işçi axtarılır: müsahibə elan edildi

Bu gün 92 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 512 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumi müsahibə elan edilən vəzifələrin 15-i inzibati vəzifələrin dördüncü təsnifatına, 43-ü beşinci təsnifatına, 77-si altıncı təsnifatına və 377-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi(98 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 227-si 46 yerli icra hakimiyyəti orqanı tərəfindən, 18-i 8 məhkəmə hakimiyyəti orqanı tərəfindən, 89-u Naxçıvan Muxtar Respublikasının 20 dövlət orqanı tərəfindən təqdim edilib.

Qeyd edilib ki, ümumi müsahibədə aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2025-ci il tarixindən 21 fevral 2025-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Son xəbərlər

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər