{category-title}
Gündəm / Cəmiyyət
23.01.2025, 12:02
Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT
Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.
Rusiya Milli Qvardiyasının döyüşçüləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.
Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.
Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir.