{category-title}

Gündəm / Dünya
9.03.2024, 18:04
Türkiyənin 30 vilayətində əməliyyat: 91 nəfər saxlanıldı
Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
“Kıskaç-10” əməliyyatı çərçivəsində 91 nəfər şübhəli şəxs qismində saxlanılıb. Beş gün davam edən əməliyyat İstanbul, Ankara, İzmir, Antalya, Bursa kimi böyük şəhərlər də daxil olmaqla, Türkiyənin 30 vilayətində baş tutub”, - nazir bildirib.