{category-title}

Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM

 Son günlər Azərbaycanda unun qiyməti süni şəkildə bahalaşır.

Miq.Az-ın redaksiyasına daxil olan məlumata görə, əvvəl 21-22 manat olan 50 kiloqram un hazırda bazarda 27,50 manata topdansatış qiymətə satılır.

Araşdırmalarımıza görə, başda "Karmen” olmaqla "Mehriban”, "Sarı sünbül”, "Anadolu”, "Qafqaz" və digər markalı unların qiymətləri süni şəkildə artırılıb.

Bəzi firmalar bahalaşmanın əsas günahını gömrük xərclərinin artırılması ilə əalaqələndirilər. Belə ki, gömrükdə buğda və un məmulatlarının gömrük rüsumunun qalxmasını da səbəb kimi göstərənlər var. 

Digərləri isə bahalaşmanı bu yaxınlarda vergi qanunlarının işə düşməsi, xüsusən də vergidən yayınan sahibkaralara güzəştin olmaması əlaqləndirirlər. Artıq yanvarın 3-dən etibarən un satışı ilə məşğul olan firmalar çörək zavodlarına və xırda müəssisələrə müqavilə və elektron qaimə olmadan un satmayıblar. Bunu da vergi qanunları ilə əsaslandırıblar. 

Dünəndən bəzi çörəkbişirmə müəssisələri müqaviləsi olmadığından un satışı ilə məşğul olan firmalardan nağd pulla 1 kisə olsun belə un bilməyiblər. Son vaxtlar bahalaşma amillərindən biri kimi vergi qanunlarının sərtləşməsini də əsas gətirənlər var. Əslində vergi sərtləşməyib, sadəcə vergi qanunlarına riyayət etməyənlərə qarşı sərt addımların atılacağı bildirilir. 

Ekspertlər isə hesab edir ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib. Yəni unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir.

Bəllidir ki, Azərbaycanda ərzaq buğdası xaricdən idxal olunur. Dünya bazarında unun qiyməti qalxdığına görə, bu daxili bazara təsir edir. Unun bahalaşmasına səbəb də budur.

İqtisadçı-ekspert Nazim Bəydəmirlinin mətbuata verdiyi açıqlamaya görə, getdikcə həm malların, həm də xidmətlərin qiyməti artacaq: "Əhali daha da kasıblayacaq. Bu işdə Gömrük günahkardı”.

Lakin un satışını həyata keçirən bəzi firmalar bahalaşmanın səbəbi kimi "Karmen”i göstərir.

"Qiyməti "Karmen” qaldırıb. Bu sahədə əsas inhisar bu firmanın əlindədir və bizi də qiyməti onun qoyduğu qiymətlə uyğunlaşdırmağa məcbur edir”, - deyə firmalardan birinin əməkdaşı danışır.

Un bazarını monopoliyaya alan "Karmen” indiyə qədər qiymətləri dəfələrlə süni şəkildə qaldırıb. 2015-ci il manatın məzənnəsinin ucuzlaşmasından sonra bu firma qiymətlərlə oynamağa başladı. Hətta 50 kiloqram unun qiyməti 28-29 manata qədər qaldırılmışdı. Buna görə ciddi etirazlar da baş verdi. Dövlətin müdaxiləsindən sonra unun qiyməti stabil olaraq saxlanıldı. Lakin məlumatlara görə, son 10 gündə "Karmen” qiyməti süni şəkildə artırıb və bazardakı digər formaları da eyni addımı atmağa məcbur edib.

"Karmen” MMC Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əsabil Qasımova məxsusdur. Biznesmen deputat hələ 2016-cı ildə unun qiymətini sürətlə qaldırdığı vaxt mediaya açıqlamasında bildirmişdi ki, "un bazarında inhisarçılıq yoxdur, ölkədə 30-a yaxın un və un məhsulları istehsal edən zavod fəaliyyət göstərir, hər biri ayrılıqda öz məhsulunu bazara çıxarır”.

Lakin adının açıqlanmasını istəməyən un və un məhsulları istehsal edən zavodlardan birinin əməkdaşı Əsabil Qasımovun bazarda "meydan suladığı”nı deyir.

"Bazarda qiymət də daxil olmaqla hər şeyi Əsabil Qasımov müəyyənləşdirir. Sonuncu qiymət artımını da o edib, biz də məcbur olmuşuq artırmağa. Onun dediyini etməsək gərək bazardan çıxaq. Halbuki, un ən strateji ərzaqdır və dövlət başçısı özü dəfələrlə unun qiymətinin artmasına müdaxilə edib. Bu gün 50 kiloqram unu 21-22 manata satsaq, qazanc əldə edə bilərik, lakin Əsabil Qasımov 25 manat və daha artıq qiymətə satdırır”, - deyə un bazarını yaxşı tanıyan mənbə danışır. 

Vaxtilə "Heç bir dənə toyuq hinim belə yoxdur” deyən Əsabil Qasımov deputat olsa da, qanunvericiliyə zidd şəkildə bizneslə də məşğuldur. 

Araşdırmalara görə, 2010-cu ildə millət vəkili seçilənə qədər Əsabil Qasımov "Karat” MMC şirkətinin prezidenti olub. "2006-cı ildə "Karat” MMC-nin də daxil olduğu "Karat Holdinq" yaradılıb. İki il sonra "Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb. Bu gün "Karat Holdinq”in tərkibinə - "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC, "Azinvest” tikinti şirkəti, "Everest-M”, "Şin Servis”, "Karmen” MMC, Hökməlidə makaron fabriki, Hökməlidə kisə fabriki; "ASTEL MMC" (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri), taxıl anbarları, Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində dəyirman kompleksləri, "Gəncə Fatoğlu”, Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli "Marina Plaza” oteli, Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray” binası, Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” daxildir. Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovun adına olmasa da, holdinq onun nzarətində altındadır. Bütün işləri də oğlu tərəfindən idarə olunur. 

"Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3 maddəsində deyilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyətilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Bununla yanaşı, "Milli Məclisin deputatının statusu haqqında” Qanunda yazılıb ki, millət vəkilləri elmi-pedaqoji fəaliyyətdən başqa digər fəaliyyətlərlə məşğul ola bilməzlər.

Bu qanunlara məhəl qoymayan Əsabil Qasımov hazırda ən strateji ərzaq olan unun qiymətini süni şəkildə qaldırmaqla əhalidə narazılıq yaradır.
 \\miq.az\\ 

Son xəbərlər

DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb, şahid qismində ifadə verməyə dəvət olunub

Zelenski: Aİ Ukraynaya 90 milyard avroluq kredit üzrə Macarıstanın vetosundan yan keçməyin yolunu tapacaq

Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq

Gürcüstanlı komitə sədri: Bu qeyri-insani davranışdır

Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur

Buraxılış imtahanları keçiriləcək - DİM şagirdlərə çağırış etdi

Rusiyanın belini qıran mübaribənin 4-cü ili - TƏHLİL

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb

Ombudsman 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

Zelenski: Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə alır

Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb

Böhtanla deyil, əməli ilə tanınan icra başçısı

BMT nümayəndəliyi "Su çərşənbəsi" münasibətilə Azərbaycanı təbrik edib

Səbuhi Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

Bütün xəbərlər