{category-title}
Gündəm
10.12.2024, 14:30
Bu komissiyaların adları dəyişir
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, komissiyalar “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlanacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.