{category-title}
Gündəm / Cəmiyyət
12.11.2024, 10:41
Tonqa Krallığının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədir
Noyabrın 12-də Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Tonqa Krallığının Baş nazirini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.