{category-title}

Gürcüstanda parlament seçkiləri: yenə yolayrıcı, yenə seçim - ŞƏRH

 

SSRİ dövründə xaricdə xalqların azad olması təbliğ edilirdi. Onların müstəqil dövlət qurması, kommunistlər tərəfindən işğal olunmuş ərazilərin azad olacağı, öz müqəddəratını təyin edəcəkləri kimi məsələlərə diqqət yönəldilirdi.

Odur ki, keçmiş sovet ittifaqındakı milli azadlıq hərəkatları nicatı Qərbdə görürdülər. Bu baxımdan, dünyanın o biri hissəsinə inteqrasiyaya önəm verilirdi. İndi də bu tendensiya qalmaqdadır.

Ancaq zaman ötdükcə, keçmiş sovetlərin bir daha geri dönməyəcəyinə əminlik yarandıqca həmin müttəfiq respublikaları öz nüfuzu altına alaraq özününküləşdirmək istəyənlər meydana çıxır. Bu istiqamətdə inqilablar olur. Ölkədə xaos, qarışıqlıq, hərc-mərclik yaranır. Elə təəssürat yaranır ki, guya bu qarışıqlıqdan sonra vəziyyət normallaşacaq, daha yaxşı xoş günlər olacaq.

Bu ideyalar özünü İraq və Suriyada hələ də doğrultmayıb. Əksinə, hər iki dövlətin parçalanması təhlükəsi qalır. Milyonlarla suriyalı və iraqlı ölkələrindən qaçqın düşüb. İraq və Suriyada terror qruplarının sayı artıb.

Odur ki, xarici müdaxilə bu ölkələrin vətəndaşlarına firavan həyat gətirməyib. Bəlkə elə ona görə onların sakinləri ötən illər üçün darıxırlar.

Gürcüstanda parlament seçkiləri: yenə yolayrıcı, yenə seçim - ŞƏRH

Ukraynada baş verənlər də ərəb dövlətlərində olanların bir qədər avropasayaq təzahürüdür. Ancaq nəticə dəyişməyib.

Gürcüstan SSRİ imperiyasına qarşı mübarizə aparan ilk müttəfiq respublikalardandır. 1989-cu il aprelin 9-da orada sovetlərə qarşı aksiyanı Moskva qanla boğmuşdu. Həmin tarixdə Tbilisidə parlamentin binası qarşısında Gürcüstanın müstəqilliyi uğrunda başlanmış dinc aksiya sovet qoşunları tərəfindən dağıdılmış, 21 iştirakçı qətlə yetirilmiş, yüzlərlə şəxs hələ də tərkibi müəyyən edilməmiş qazdan zəhərlənmişdi.

Sonralar bu ölkəyə arzulanan Qərb demokratiyası dəyərlərinin rəngli inqilabla gələcəyini düşünənlər yanıldılar. Bu inqilab müstəqillik uğrunda mübarizəyə mane olaraq yaradılan iki muxtar respublikanın itirilməsi ilə başa çatıb.

Bu inqilablar, dəyişikliklər Gürcüstana fayda verməyib.

Ölkə parlamentində “Xarici təsirlər”, yaxud “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi və qəbul edilməsi yeni mənzərəni ortaya çıxarıb. Bu qanunun qəbulu ölkəni iki cəbhəyə ayırıb: qərbyönlülər və ona qarşı olanlar (onlara rusiyayönlülər də deyirlər).

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə rəqiblər döyüşə gedirmiş kimi hazırlaşırlar. Bu, ərazisini itirmiş bir ölkə cəmiyyətinin parçalanmasına səbəb olur. 2008-ci ilin avqust faciəsini Gürcüstana yaşatmaq istəyən qüvvələr ölkədə Suriya, yeni Ukrayna variantı reallaşdırmağa hazırlaşır.

Gürcüstanda parlament seçkiləri: yenə yolayrıcı, yenə seçim - ŞƏRH

Həmin hadisələr zamanı Gürcüstan Rusiya ilə təkbaşına, üzbəüz qalmışdı. Qərbə inteqrasiya etmək istəyənləri müttəfiqləri tək qoydu. Yeri gəlmişkən, onda Azərbaycanın bu ölkəyə yardımını da vurğulamaq lazımdır. Keçmiş Prezident Mixeil Saakaşvili o hadisələrdən bəhs edərək bildirmişdi ki, Azərbaycanın Gürcüstana yardımı kifayət qədər qiymətləndirilməyib.

Müxalifət sayılan kəsim hadisələrin bu istiqamətdə inkişafına yardım edir, bəzən təşəbbüsçü təəssüratı yaşadırlar. Ötən illərdə keçirilən seçkilərin nəticələrinə diqqət yetirilsə, onların getdikcə zəiflədikləri tendensiyasını müşahidə etmək olar. Mövcud iqtidar isə əksinə, ötən seçkilərdəki səsi və yerini artırmaqdadır.

GORBI Beynəlxalq İctimai Rəyi Araşdırma Mərkəzinin keçirdiyi sonuncu rəy sorğularının nəticələri də müxalifətin gerilədiyini göstərir. Mərkəz “Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz?” sualı əsasında rəy sorğusu keçirib. Hakim "Gürcü Arzusu" - Demokratik Gürcüstan Partiyasına respondentlərin 59,5 faizi səs verib.

Gürcüstanda parlament seçkiləri: yenə yolayrıcı, yenə seçim - ŞƏRH

Öncəki sorğu 24 iyul – 4 avqust aralığında keçirilib. Onda “Gürcü Arzusu"na respondetnlərin 59,3 faizi səs vermişdi.

Üç siyasi təşkilatın yaratdığı “Birlik" - Milli Hərəkat Partiyasına isə sonuncu rəy sorğusunda 13,6 faiz səs verib. Ötən dəfə bu rəqəm 13,1 faiz olmuşdu.

Digər nəticələrdən bəhs etməyə ehtiyac qalmır.

2020-ci il oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, “Gürcü Aarzusu” səslərin 48,22 faizini, müxalifət “Birlik" - Milli Hərəkat Partiyası isə 27,18 faizini toplamışdı.

Mərkəzin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, belə ehtimal etmək olar ki, hakim partiya ötənilki ilə müqayisədə bu il göstəricilərini yaxşılaşdıra bilər.

Gürcüstan yenə seçim, yeni seçki qarşısındadır: ya 16 il əvvəlki müttəfiqlərlə yola davam, ya da ölkəni ərazi bütövlüyünün itirilməsinə sürükləyənlərə qarşı durmaq.

Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Rusiya-Ukrayna müharibəsi hər iki tərəf üçün “ət maşınıdır”. Bu savaş dövlətlərin həm büdcəsini, həm də insanları məhv edir. Ukraynaya sülhün gələcəyi vaxt bilinmir. Suriyanın gələcəyini proqnozlaşdırmaq hələ də mümkün deyil. Sovetlər çıxandan sonra Qərbin, sözün əsl mənasında, oyuncağına çevrilən Əfqanıstan “Taliban” layihəsinin təcrübə meydanına çevrilib.

Baş verəcək arzuedilməz hadisələr Cənubi Qafqazda Gürcüstanın timsalında yeni Ukraynanın yaradar. Bu, regional təhlükəsizliyi və layihələri təhdid edər. Odur ki, ölkə yenə yolayrıcındadır...(Report)

Son xəbərlər

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

Bütün xəbərlər