{category-title}

ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır - ŞƏRH

 
Qərb, xüsusilə Birləşmiş Ştatlar hər vəchlə Qarabağ məsələsini yenidən gündəmə gətirir, ən təhlükəli ssenarilər və planları reallaşdırmağa çalışır. Ağ Ev ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına dəstək nümayiş etdirməklə yanaşı, separatizm, revanşizm ideyalarının yayılmasına rəvac verir. Ermənistana birtərəfli qaydada yardımlarını artırır, müxtəlif institutlar vasitəsilə möhkəmlənməyə çalışır. Etiraf etmək lazımdır ki, bu istiqamətdə “uğurları” da var. Ermənistan hakimiyyəti bütünlüklə Qərbə istiqamətlənib, anti-Rusiya fəaliyyət pik həddə çatıb.

ABŞ Ermənistanı şirnikləndirmək üçün keçmiş qondarma rejimin tör-töküntülərindən də aktiv istifadə edir. Konqresdə anti-Azərbaycan tədbirləri və konfransları keçirir, bəyanatlar verilir. Separatçı rejimin tör-töküntülərinə sığınacaq verilir, çıxış və görüşlər təşkil edilir. Yeri gəlmişkən, ABŞ Konqresində anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst konqresmen Adam Şiffin təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsi də bu qəbildəndir. Qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır.

Eləcə də, Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələrin təşkil olunması da bu çirkin planın tərkib hissəsidir. Erməni lobbisinin sifarişi ilə baş tutan dinləmələrdə çıxış edənlər tərəfindən mövcud olan faktları açıq şəkildə təhrif edərək Azərbaycana qarşı əsassız fikirlər səsləndiriblər. Çıxışçılar da elə-belə seçilməyib. Qarabağda keçmiş separatçı rejimin nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə Azərbaycana qarşı hədyanlar yağdırılıb.

ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır - ŞƏRH

Keçmiş separatçı rejimin nümayəndəsi Qeqam Stepanyan da burada çıxış edənlər arasında olub. Bundan əvvəl Parisdə də analoji şoular təşkil edilib. Hədəfləri də bəllidir. Hesab edirlər ki, Ermənistanı “Qarabağ məsələsində” dəstəkləməklə onlar bir tərəfdən Azərbaycana təzyiq göstərə, Cənubi Qafqazda mövqelərini gücləndirməyə müvəffəq olacaqlar.

Ermənistan da həmişə olduğu kimi, bu təhlükəli planın reallaşması prosesinə qoşulub. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan, eləcə də, xarici işlər naziri Ararat Mirzoyan son vaxtlar ən müxtəlif tribunalardan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarını bildiriblər.

"Ermənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır". Bunu bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır - ŞƏRH

Bundan əvvəl baş nazir Nikol Paşinyan da bəyan edib ki, Azərbaycana sülh sazişinin razılaşdırılmış mətni təklif edilib.

Nəzərə alaq ki, erməni tərəfi dəfələrlə fərqli, sürüşkən mövqeyi ilə seçilib. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ötən il səsləndirdiyi bəyanatı yada salmaq kifayətdir. O zaman TŞ rəhbəri “Azərbaycanla danışıqlarda belə bir yanaşma var - əgər bütün məsələlərlə bağlı razılıq əldə olunmursa, o zaman heç nə razılaşdırılmayıb”. Erməni tərəfinin bu tip absurd, bir-birinə zidd açıqlamalarına əvvəllər də rast gəlinib.

Bəs indi səslənən açıqlamaların səbəbi nədir? Təbii ki, burada Qərbin məkrli planı gizlənir. Hər vəchlə öz paytaxtlarında, meydançalarında tərəflərin görüşməsinə, ardınca da, Qarabağdan könüllü çıxan ermənilərin geri qaytarılmasına çalışılır. Azərbaycan da İrəvanın və Qərbin planlarını vaxtında anlayıb və fəal addımlar atır. Açıq şəkildə bəyan edib ki, Ermənistan hakimiyyətinin razılaşdırılmamış müddəaları istisna olmaqla, sülh sazişi layihəsinin imzalanması təklifini qəbuledilməz hesab edir. Birmənalı olaraq vurğulanıb ki, Ermənistan mövcud problemləri növbəti mərhələyə buraxmağa çalışır. Yəni, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları varsa, Azərbaycanın ərazi bütövlüyünü necə sənədləşdirə bilər?

ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır - ŞƏRH

Nikol Paşinyan

Qərbin planı bəllidir və onu erməni xalqının gələcək taleyi maraqlandırmır da. Ermənistan sadəcə bütün bunlardan dərs çıxarmalıdır. Anlamalıdır ki, çox təhlükəli oyun oynayır. Bu oyun həm ermənilərin özləri, həm də onların dövlətçiliyi üçün pis nəticələnə bilər. Ermənistan Amerika-Fransa qaydaları ilə nə qədər çox oynayırsa, Qərbi Azərbaycan hökuməti mövzusu bir o qədər aktuallaşır. Ermənistanın ərazilərimizə iddialarının davam etdiyini nəzərə alaraq, Bakı asimmetrik tədbirlər görmək barədə düşünməlidir. ABŞ anlamalıdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir. Sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verilməsi və onların tədbirdə iştirakına şərait yaratması isə bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir.(Report)

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər