{category-title}

“İrəvanı yeni sürprizlər gözləyir”: Paşinyanın KTMT-dən çıxmaq planı - TƏHLİL

 “Ermənistan Baş naziri Nikol Paşinyanın davranışı onu göstərir ki, o, eyni vaxtda iki stulda oturmaq siyasəti həyata keçirir”.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsini Teleqraf.com-a şərh edən millət vəkili Elman Nəsirli belə deyib.

Onun sözlərinə görə, bununla Paşinyanın hansı addımı atmaq istədiyi bəllidir:

“O, ciddi-cəhdlər çalışırdı ki, Yuri Xaçaturovun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna başqa bir erməni general əyləşsin. Buna görə də Qazaxıstan və Belarus istiqamətində təzyiqlərlə üzləşdi. Rusiyanın bu məsələyə münasibətdə susqunluğu Qazaxıstan və Belarusa dəstək mənasını verirdi. Faktiki olaraq, Paşinyan bu müzakirələrdən məğlub qismində geri çəkilməli oldu.

Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi çalışır ki, KTMT-yə üzv dövlətlərlə münasibətləri o həddə gərginləşdirsin ki, həmin dövlətlər bir gün Ermənistandan tamamilə imtina etsinlər. Paşinyanın məqsədi bununla bağlıdır. Eyni zamanda, bu məsələni Ermənistan parlamentinin gündəminə gətirməklə, cəmiyyətin düşüncəsində də bu fikri gücləndirmək istəyir.

Digər yandan isə Paşinyan bundan istifadə edərək, Rusiya ilə siyasi alverə getmək istəyir. Bir tərəfdən Qərb, NATO və Avropa İttifaqı ilə yaxınlaşmaq, bir tərəfdən də Rusiya ilə hərbi-siyasi müttəfiq statusunda qalmaq biri-birinə zidd olan məsələlərdir. Buna görə də Paşinyan çalışır ki, Rusiyadan daha çox güzəştlər əldə etsin. Xüsusilə də Rusiyadan alınan qazın qiyməti məsələsində güzəştlərin edilməsinə nail olmaq istəyir. İqtisadiyyatın böhran içində olduğu vaxtda, bu, Ermənistana hava-su kimi lazımdır”.

Elman Nəsirlinin sözlərinə görə, erməni baş nazir KTMT-dən çıxmaq məsələsini parlamentdə gündəmə gətirməklə, o fikri formalaşdırmağa çalışır ki, guya bu, Paşinyanın ideyası deyil:

“Bununla da cəmiyyət daxilində anti-Rusiya ovqatı formalaşdırmaqla, özünün Rusiyanın dostu olduğunu göstərmək oyununu oynayır. Guya Ermənistan cəmiyyəti və deputatları anti-Rusiya mövqeyindədir, Paşinyan isə Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Halbuki “dirijor çubuğu” onun əlindədir.

Hesab edirəm ki, belə bir siyasət Moskva-İrəvan münasibətlərində dərin çatların əmələ gəlməsinə səbəb ola bilər. İstisna deyil ki, biz yaxın gələcəkdə Rusiya-Ermənistan münasibətlərində yeni sürprizlərin şahidi ola bilərik”.

Qeyd edək ki, Ermənistan parlamentində bu ölkənin KTMT üzvlüyündən çıxmaq məsələsi müzakirəyə çıxarılıb.
 

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər