{category-title}

Ankara-Qahirə əlaqələrinin inkişafı – regionda problemlərin həllinə təkan

 
Türkiyə ilə Misir münasibətləri, əlaqələri genişlənib, inkişaf edir.

Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin sentyabrın 4-də Ankaraya səfəri də bunu təsdiqləyir. Normallaşma istiqamətində ilk addımı rəsmi Ankara atıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il fevralın 14-də Misirə səfər etməklə tərəflər arasında mövcud anlaşılmazlığı aradan qaldırıb.

O, Qahirədə Misir Prezidenti Sisi ilə iki ölkə arasında əməkdaşlıqla bağlı birgə bəyannamə imzalayıb. Türkiyə ilə Misir arasında imzalanan razılaşma çərçivəsində siyasi və diplomatik, iqtisadiyyat, ticarət, bank və maliyyə xidmətləri, investisiyalar, nəqliyyat, aviasiya, dənizçilik, turizm, sağlamlıq və əmək, təhlükəsizlik, hərbi və müdafiə sənayesi, hər cür mütəşəkkil cinayətkarlığa və terrorçuluğa qarşı birgə mübarizə, mədəniyyət, təhsil, elm və texnologiya, enerji, mədənçilik, kənd təsərrüfatı, ətraf mühit, meşə təsərrüfatı, yaşayış və şəhər çevrilməsi, iqlim dəyişikliyi, rabitə və informasiya, konsulluq işləri sahələrində əməkdaşlıq etmək qərarı qəbul edilib.

Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində müxtəlif sahələrdə sazişlər imzalanacaq. İki ölkə arasında ticarət dövriyyəsinin həcminin hazırkı 10 milyard dollar səviyyəsindən 15 milyard dollara çatdırılması nəzərdə tutulub.

Misir iqtisadiyyatına Türkiyənin qoyduğu sərmayənin üç milyard dollar artacağı gözlənilir. Müdafiə sektoruna əhəmiyyətli sərmayələr qoyan Misirlə bu sahədə birgə layihələrin həyata keçirilməsi də gündəlikdədir.

Ankara-Qahirə əlaqələrinin inkişafı – regionda problemlərin həllinə təkan

İki ölkə üçün müxtəlif imkanlar açan enerji sektorunda, xüsusən də mayeləşdirilmiş təbii qaz, nüvə və bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.

Misir Türkiyənin birbaşa xarici sərmayələrinin həcminə görə 294 milyon dollarla 19-cu, eləcə də xaricdən Türkiyəyə birbaşa xarici investisiyaların həcminə görə 45 milyon dollarla 36-cı yerdədir.

Ötən il Türkiyə Misirə 3 milyard dollar həcmində mal ixrac edib. Hesabat dövründə Misirdən idxalat 3,1 milyard dollar, iki ölkə arasında xarici ticarət dövriyyəsi isə 6,1 milyard dollar təşkil edib. Bu dövrdə Türkiyə Misirdən əsasən plastik və plastik məmulatlar, gübrə, dəmir və polad idxal edib.

2024-cü ilin yeddi ayı ərzində Ərəb Respublikasına ixracat bir milyard 904 milyon dollar, idxalat isə bir milyard 911 milyon dollar olub.

Sisinin səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müdafiə, enerji, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrində 20-yə yaxın müqavilənin imzalanacağı gözlənilir.

Türkiyə-Misir İş Şurasının sədri Mustafa Dənizər “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, Misirə Türkiyə sərmayələri hər il artır: “Gələn il ərzində 500 milyard dollarlıq yeni investisiyalar gözlənilir. Misirdəki məşğulluğumuz 100 min nəfərə çatıb”.

Ankara-Qahirə əlaqələrinin inkişafı – regionda problemlərin həllinə təkan

Yeri gəlmişkən qeyd edək ki, iki ölkə arasında anlaşılmazlığı aradan qalxması prosesi 2021-ci ilin may-sentyabr ayalarında başlayıb. Çünki Misirdə prezident seçilmiş Məhəmməd Mursinin hərbi yolla devrilməsinə etiraz olaraq rəsmi Ankara Qahirə ilə əlaqələri kəsmiş və yeni hərbi rejimi tanımadığını bildirmişdi.

“Ərəb baharı” baş vermiş ölkələrdə Türkiyə modelli bir sistemin qurulacağı ehtimal olunurdu. Rəsmi Ankara isə həmin ölkələrdəki hərəkatları və yeni qurulan hakimiyyətləri dəstəkləyirdi. Ancaq Məhəmməd Mursinin həbsi, ölümü tərəflər arasında gərginliyin daha da artmasına səbəb oldu.

Ancaq regionda baş verən hadisələr Türkiyə və Misirin bir-birinə ehtiyac olduğunu isbatlayıb. Odur ki, rəsmi Ankara və Qahirə biri-birinə doğru müsbət addımlar atmağa başlayıb. Artıq gərginlik bitib.

Türkiyə ilə Misir bir sıra özəlliyinə görə bir-birinə oxşayır. Burada islam dini amili ilə yanaşı Ərəb Respublikasının vaxtı ilə Osmanlı dövlətinin bir hissəsi olmasının da rolu var.

Bundan başqa region ölkələri arasında demokratik idarəetmə institutlarına üstünlük verilməsi, Qərb bloku ilə əməkdaşlıq və əlaqələr, Fələstin məsələsi və Qəzza zolğaında baş verənlər oxşar mövqedən yanaşılması kimi məsələlər Türkiyə və Misiri yaxınlaşdırır. Bu baxımdan onlar Orta Şərqin sabitliyin yaranması, təhlükəsizliyi təmin olunması, inkişafı və əməkdaşlığın genişlənməsində Ankara və Qahirə əsas aktörlərdəndir.

Ankara-Qahirə əlaqələrinin inkişafı – regionda problemlərin həllinə təkan

Rəcəb Tayyib Ərdoğanla Əbdülfəttah Sisinin görüşündə də regionda dayanaqlı istiqrar, sülh və əmin-amanlığa dair məsələlərin müzakirəsi vacib sayılır.

Türkiyə-Misir əlaqələrinin möhkəmlənməsi və inkişafı qərb blokunun Yaxın Şərqdə davam edən münaqişələrə də təsir göstərə bilər. Yüksək səviyyədə bu kimi rəsmi səfərlər Ərəb Dövlətləri Liqası ilə Türkiyə arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verər. Ankara-Qahirə münasibətlərinin dərinləşib, güclənməsi region dövlətlərinin, xüsusi ilə Türkiyə və ərəb ölkələrinin Fələstin-İsrail məsələsinə ortaq mövqeyin formalaşmasına təkan verər. Misirlə Türkiyən əlaqələrinin möhkəmlənməsi Yaxın Şərq regionuna dair məsələlərinin həllində nüvə rolunu oynayar. Belə əlaqə həm də bölgə dövlətləri arasında etibar və etimadın artmasına impuls verər.

Türkiyənin Misirlə əlaqələrinin nizamlanması, inkişafı Azərbaycanla Ərəb Respublikasının münasibətlərinin inkişafına da özünə məxsus töhfə sayıla bilər. Bu, Türk Dövlətləri Təşkilatı ilə Ərəb Dövlətləri Liqasının bir-birinə yaxınlaşmasına, beynəlxalq səviyyədə ortaq məxrəcdən çıxış etməyə təsir göstərər.

Səfər regionda yeni şəraitin yaranmasnıa ümidləri də artırır. (Report)

Son xəbərlər

Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Bütün xəbərlər