{category-title}

Deputat olmaq istəyən məmurlar - SİYAHI

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) ötən gün açıqladığı namizəd siyahısında məmurların da adı var.

Siyahıda ən diqqətçəkən şəxs Əli Əhmədovdur.

O, 2013-cü ildə Baş nazirin müavini təyin edilib. Əli Əhmədov YAP-ın budəfəki siyahısında yeni adlardan biri olsa da, uzun illər Milli Məclisdə hakim partiyanı təmsil edib. O, II, III və IV çağırış parlamentin deputatı olub. YAP-ın sədr müavini 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülüb.

YAP-ın namizəd siyahısındakı digər məmur Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

Namizədlərin siyahısında Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. 65 yaşlı Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının sədri (2007–2013) kimi vəzifələrdə də çalışıb.

YAP-ın siyahısındakı növbəti məmur Mehriban Vəliyevadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP-ı təmsil edəcək.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzifə tuta bilməz. Sözügedən şəxslər deputat seçiləcəyi təqdirdə vəzifələri ilə vidalaşmalı olacaqlar...

 

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər