{category-title}

Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib

Azərbaycanda 12 vəkilin intizam pozuntusu qeydə alınıb.

Bununla bağlı Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclasında müzakirə aparılıb.

İclasda ümumilikdə 25 müraciət əsasında (onlardan 6 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 19 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 17 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:

- 12 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması.

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 3-ü məhkəmələrdən, 3-ü isə prokurorluq orqanlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 7-si fiziki şəxslərin, 3-ü prokurorluq orqanlarının, 2-si məhkəmələrin müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət və fiziki şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan 3 müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:

- 4 intizam işində “vəkilin məhkəməyə, ibtidai istintaq orqanına və digər proses iştirakçısına qarşı hörmət və nəzakətlə davranmayıb onların ünvanına qeyri-etik ifadələr işlətməsi” (4 vəkillə bağlı 4 fakt);

- 2 intizam işində “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair əvvəlcədən lazımi qaydada məlumat vermədən iştirak etməməsi” (2 vəkillə bağlı 14 fakt);

- 2 intizam işində “vəkilin müraciət edən şəxsdən müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (2 vəkillə bağlı 2 fakt)”;

- 1 intizam işində “vəkilin öz peşə borcunu lazımınca yerinə yetirməyərək, işin gedişatı və nəticəsi ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi məlumatlandırmaması” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin öz peşə borcunu vicdanla yerinə yetirməyərək, iş üzrə apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib etməməsi və qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (1 vəkillə bağlı 1 fakt)”;

- 1 intizam işində “vəkilin müvafiq istintaq hərəkətlərinin protokollarını əsaslı səbəb olmadan və hər hansı qeydlər vermədən imzalamaqdan imtina etməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər