{category-title}

Prezidentlə dövlət katibinin telefon danışığı - dəyişməyən mövqelər - ANALİZ


Bir vaxtlar vasitəçilik edənlər Azərbaycana “atəşkəsi pozmayın” deyə təzyiq edərdi. Ancaq ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa və Rusiya) və onlara dəstək verənlərin bu ifadəsi nəticəsində Qarabağ və ətraf rayonlar 30 ilə yaxın bir dövr ərzində işğal altında qaldı.

Azərbaycan torpaqlarında mədəni, dinin abidələr, yaşayış evləri, məktəb, xəstəxana, uşaq bağçaları başqa sosial, inzibati binalar və s. tikililər havadarlarının, “atəşkəsi pozmayın” deyənlərin dəstəyi ilə işğalçı Ermənistan tərəfindən dağıdıldı, daş-daş üstə qalmadı.

Torpaqlar işğaldan azad edildikdən sonra “atəşkəs” ideyasının müdafiəçilərinin və işğalçıların əməlləri ifşa olundu.

ATƏT-in Minsk qrupu həmsədrləri uzun illər regiona səfər edərək Ermənistana heç bir sanksiya tətbiq etmədən fəaliyyət göstəriblər. Onlar nəticəsiz əməlləri ilə işğalçını dəstəkləyiblər. O vaxtlar vasitəçilər Azərbaycanın ziyanına olan, torpaqların itkisi ilə nəticələnən şərtlərlə razılaşmağı təklif edirdilər.

Azərbaycan torpaqlarını azad edəndən sonra vəziyyət dəyişib. Regionda sülh müqaviləsinin imzalanmasına şərait var. İlk olaraq rəsmi Bakı İrəvanla sülh və əməkdaşlığa dair təşəbbüslə çıxış edib. Bunun ardınca Azərbaycan Ermənistana bu istiqamətdə təkliflər paketi göndərib.

Göründüyü kimi, daha çox rəsmi Bakı sülh, regional əməkdaşlığın tərəfdarıdır. Çünki o, iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bundan başqa, regiondan keçməsi nəzərdə tutulan Orta Dəhliz layihəsinin aparıcı iştirakçılarından biri də Azərbaycandır.

Cənubi Qafqazda bu mövqe və üstünlüklərə malik başqa dövlət yoxdur. Ermənistan bu kimi layihələrdə yalnız tranzit ölkə kimi iştirak edə bilər. Odur ki, o, sülh və əməkdaşlıq kimi vacib məsələlərdən daha çox siyasi alver predmeti kimi istifadə edilməsinə imkan yaradır.
Prezidentlə dövlət katibinin telefon danışığı - dəyişməyən mövqelər - ANALİZ

İyunun 20-də ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa dəvət edib.

O, iki ölkə arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir etməklə yanaşı, Ştatların normallaşdırılma prosesinə dəstəyini davam etdirməkdə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh sazişi imzalamağa dəvət edib.

Dövlət katibi ABŞ-nin Azərbaycanla ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələr arasındakı konstruktiv əməkdaşlığı da vurğulayıb. O, ölkəsinin Azərbaycanla yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Antoni Blinken ABŞ-nin Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcəklərini də vurğulayıb.

Dövlət katibi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsini deyən ABŞ-nin ilk rəsmisi deyil. Əlaqələrə dair fikirlər dəfələrlə açıqlanıb. Prezident Cozef Bayden bu il iyunun 4-də Prezident İlham Əliyevə ünvanladığı məktubda da COP29, qlobal miqyasda enerji sahəsində əməkdaşlıqdan bəhs edib: “Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur”.

O da Cənubi Qafqazda sabitlik və əlaqələrin ölkəsi üçün prioritet olduğunu vurğulayıb: “Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır”.
Prezidentlə dövlət katibinin telefon danışığı - dəyişməyən mövqelər - ANALİZ

A.Blinkenin açıqlaması Cozef Baydenin məktubunda vurğulanan məsələlərin davamıdır.

ABŞ rəsmilərinin Azərbaycana, regiona və Ermənistanla normallaşma prosesinə münasibəti dəyişmədiyi kimi Prezident İlham Əliyevin də bu məsələlərə mövqeyi sabitdir. Prezident regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini də vurğulayıb.

ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlət başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib.

Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib.

Prezidentin çıxışında Ermənistanda konstitusiya, uyğun qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vurğulanması rəsmi İrəvanın müdafiəçilərinə, o cümlədən ABŞ və Fransaya ismarışdır. Başqa sözlə, dövlət başçısı sülh sazişi və normallaşma prosesinə tərəfdar rolunda çıxış edənlərə aşağıdakıları çatdırır:

- Azərbaycanın sülhə və əməkdaşlığa sadiqliyini;
Prezidentlə dövlət katibinin telefon danışığı - dəyişməyən mövqelər - ANALİZ

- Bu istiqamətdə rəsmi Bakıya deyil, İrəvana konstitusiya və başqa hüquqi normalara yenidən baxması istiqamətində təzyiqlər edilməsinin vacibliyini;

- Rəsmi Bakının Qərb, o cümlədən ABŞ ilə əməkdaşlıq etmək istiqamətində fəaliyyətinin davam etdiyini;

- ATƏT-in Minsk qrupu və ona bağlı qurumların fəaliyyətinə xitam verilməsini deməklə həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində vasitəçilərə ehtiyacın olmadığını;

- Regionda sabitliyə mane olan xarici qüvvələr olduğu və s.

ABŞ rəsmilərinin 15 gün ərzində eyni məsələ ilə bağlı Azərbaycan Prezidentinə müraciət etməsi rəsmi Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində tələsdiyini də göstərir. Bir tərəfdən ABŞ, Fransa, Hindistan, İran Rusiyaya alternativ olaraq Ermənistanı silahlandırır, hərbi sahədə onunla əməkdaşlıq edir. O biri tərəfdən isə Azərbaycana sülh sazişinin imzalanmasını tezləşdirilməsi ilə bağlı diplomatik təzyiqləri artırır. Həmçinin, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi müəyyənləşmədən Rusiya və İran kimi Qafanda Baş konsulluq açacağını bildirir.

Yəni sadalanan şərtlər ABŞ-nin də Ermənistanı dəstəkləməsinə xidmət edir. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir. Sərhədlərin müəyyənləşməsi, Ermənistanda konstitusiya islahatının aparılması, onun qonşu dövlətlərə ərazi iddiasından əl çəkməsi ilə bağlı məsləhət verib, təzyiqlər etməkdənsə, birmənalı şəkildə bu istiqamətdə Azərbaycana fokuslanmaq əvvəlki dövrlərdə edilən ədalətsizliyi yada salır. Həmin illərdə Azərbaycan torpaqlarını işğal edib, onu öz nəzarəti altında saxlayan Ermənistana təzyiqlər edilməkdənsə, həmsədr ölkələr rəsmi Bakıya güzəştə getməklə bağlı təkliflər verirdi. Hətta bunun tezləşdirilməsini istəyirdilər. İndi isə həmin qüvvələr əsas qanununda Azərbaycan torpaqlarını işğal və ilhaq etməyi nəzərdə tutan Ermənistana bu istiqamətdə islahatlar aparmaq təkidi etməkdənsə, rəsmi Bakıya potensial işğalçı ilə tələsik sülh sazişi imzalamaq təklif yollayırlar. Bu onun göstərir ki, Ermənistan amilindən Azərbaycana qarşı hələ çox istifadə etməyə səy göstəriləcək.(Report)

Son xəbərlər

Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib

Baş nazir: "2022-ci ildən etibarən Orta Dəhlizdə 90 % artıma nail olmuşuq"

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanılıb

Bu gündən Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" başlayır

Tokayev: Məhdud nəqliyyat əlaqələri dənizə çıxışı olmayan ölkələr üçün əsas çağırış olaraq qalır

"Fənərbağça" və "Beşiktaş"ın oyunları təxirə salına bilər

Əli Əsədov Mərkəzi Asiya ölkələri dövlət başçılarının məşvərət görüşünə hazırlıq iclasında iştirak edib

Ayxan Hacızadə İran XİN sözçüsünün iddialarına cavab verib

Bakıda Sinaqoqa hücuma hazırlıqda təqsirləndirilən şəxsin məhkəməsində: İŞİD-də tanışının olduğunu dedi

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

Prezident 10 il əvvəlki fərmanını "Qrant haqqında" yeni qanuna uyğunlaşdırıb

Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

Cəbrayıl Xanlarov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur

Qaxın 15 kəndində işıq olmayacaq

KİV: Cənubi Koreya Şimali Koreya ilə sərhəddən təbliğat səsgücləndiricilərini yığışdıracaq

KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır

Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Bütün xəbərlər