{category-title}

Emin Axundovu ölümlə hədələyərək 100 min tələb ediblər

“AzərMaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər.

E.Axundovu əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov adlı şəxs şantaj edib.

İttihama görə, Ə.Əhmədov E.Axundova bir neçə dəfə SMS göndərib, 100 min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağı ilə hədələyib. Əhmədin hədə-qorxu dolu mesajlarından sonra Axundov ona 10 min manat verməyə razılaşıb. E.Axundov həmin pulun min manatını Əhmədin dostunun kart hesabına göndərib. Sonradan isə 9 min manatı verəcəyini deyib.

Lakin Axundov təqsirləndirilən şəxsin çoxsaylı hədə-qorxularına tab gətirə bilməyərək Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müraciət edib.

“Bandotdel” təqsirləndirilən şəxsi xüsusi əməliyyatla elə cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhmədlə görüşüb, 9 min manatı ona verib. Əhməd pulu götürüb uzaqlaşmaq istəyəndə isə polis əməkdaşları onu saxlayıb.

Əhməd ifadəsində Emin Axundovu hələ o, bankda filial müdiri işləyən vaxtdan tanıdığını bildirib. Amma dediyinə görə, hədə-qorxu gəlməyə onu Axundovun qardaşının hərəkətləri məcbur edib.

Əhməd ifadəsində Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işlədiyini, onun itlərini yemlədiyini bildirib. Bundan əlavə, bağ evində başqa işlər də görüb. Onun sözlərinə əsasən, Eldar onun ümumilikdə 40-50 min manat təşkil edən əziyyət haqqını verməyib. Əhməd də qardaşının borcunun əvəzini Emin Axundovdan çıxmaq qərarına gəlib. Bu səbəbdən onu hədələyərək 100 min manat tələb edib.

Emin Axundov isə ilkin ifadəsində deyib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının heç bir şəxsi ədavəti, yaxın iş birliyi olub.

Əhməd Əhmədova Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu “AzərMaş” ASC-nin İdarə Heyətinin sədridir.(Qafqazinfo)

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər