{category-title}

Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar

 Bakıda tanınmış müğənniyə qarşı cinayət törətdiklərinə görə həbs edilmiş şəxslər Ali Məhkəməyə müraciət edib.

PressXeber.info-ın news24.az-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci, yəni hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlakı ələ keçirməklə törədildikdə maddəsi ilə ittiham edilərək məhkum edilmiş İlqar Həsnov və Gündüz Xəlilov Ali Məhkəmədən işə yenidən baxılmasını və barələrindəki hökmün dəyişdirilməsini xahiş ediblər. 

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, daha əvvəl hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Əfsun Quliyev və Ariz Məmmədovun barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib.lakin şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, Ə.Quliyev, A.Məmmədov, V.Bağırovun hər biri 10 il, G.Xəlilov 12 il, İ.Həsənov isə 12 il müddətində azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ. Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.

Onlar 2016-cı ilin noyabr ayının 30-da R.Qasımovdan 4 min dollar alıblar. Yanvar ayının 6-da isə R.Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar. Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə.Quliyevin cinayət işinə xitam verilib. 

O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Son xəbərlər

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

Bütün xəbərlər