{category-title}

Qalmaqallı qanun qüvvəyə mindi - "Gürcüstan qalib gəldi"

Gürcüstanda "xarici agentlər" haqqında qanunu qüvvəyə minib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deputatların qəbul etdiyi qanunu imzalayıb.

“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə münasibətdə gücləndirməkdir”, - deyə Papuaşvili brifinqdə bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici təsirin şəffaflığı haqqında qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi.

Hökumət başçısı bildirib ki, indi qanun qüvvədədir və hamı soyuqqanlılıqla, praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıdır. Kobaxidze Gürcüstanda qeyri-şəffaf maliyyələşmə əsasında “liberal-faşist” əməllərin törədildiyini, bu ideologiyanın klassik faşizmdən və bolşevizmdən az təhlükəli olmadığını, gürcü mədəniyyəti ilə bir araya sığmadığını əlavə edib.

Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə keçirilən minlərlə etiraza baxmayaraq qəbul edilib. Mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyub. Mayın 28-də parlament onun vetosunu ləğv edib. Gürcüstanın 160 QHT və mediası xarici agentlərin reyestrində qeydiyyatdan keçməkdən imtina edib.

Son xəbərlər

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Bütün xəbərlər