{category-title}

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

Anadolu agentliyi, “TRT” televiziyası, “Milliyet”, “Sözcü”, “Star”, “Yeni Şafak” qəzetləri, “Haberler.com” və digər onlayn media qurumları dövlət başçısının səfərinə diqqət ayırıblar.

“Əliyev Xocalıya səfər etdi!”, “Azərbaycan bir daha belə acı yaşamayacaq”, “Ermənilərin soyqırımı törətdiyi Xocalıya azərbaycanlı ailələrin köçürülməsinə başlanıldı”, “Azərbaycan Prezidenti Xocalıda Ermənistana səsləndi”, “Əliyev xəbərdarlıq etdi: Ərazi iddiaları ilə bağlı yeni cəhdləri izləyirik”, “İşğaldan azad edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri qayıdırlar” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin Müstəqillik Gününü işğaldan azad edilən ərazilərdə, bu bölgələrə qayıdan keçmiş məcburi köçkünlərlə birlikdə qeyd etdiyi vurğulanır.

Xəbərlərdə Azərbaycanın işğaldan azad edilən ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün həyata keçirilən Böyük Qayıdış proqramı haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri, icra olunacaq yeni layihələr, o cümlədən əsaslı təmir edilən yaşayış kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım Xocalıya ilk qayıdan 20 ailəyə mənzillərin açarlarını təqdim ediblər. Yazılarda dövlətimizin başçısının Xocalıda həyata keçirilən işlər, o cümlədən yeni yaşayış binalarının inşası, fevralın 26-da Xocalıda xocalılılarla birlikdə təməli qoyulan Xocalı Memorial Kompleksinin yaradılması barədə fikirləri diqqətə çatdırılıb.

Məqalələrdə Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlərə istinad edilərək hər şeyin vaxtının olduğu, bizim doğma torpaqlarımıza qayıtmağımız, həm Vətən müharibəsi, həm də antiterror əməliyyatının xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etməsi barədə fikirlərinə xüsusi yer verilib. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirləri xüsusi vurğulanıb: “Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Yazılarda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində bir çox ərazilər kimi, Xocalı da işğaldan azad edilərək əzəli sahiblərinə qaytarılıb.(AZƏRTAC)

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər