{category-title}

Paşinyanı devirmək planı AKTİVLƏŞDİRİLDİ – Ermənistan yenidən xaosa SÜRÜKLƏNİR?

Ermənistanda keşiş Baqrat Qalstanyanın Paşinyana qarşı başladığı aksiya yenidən vüsət almağa başlayıb. “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Respublika meydanında güclü aksiya keçirməyi planlaşdırıb. Keşiş Baqrat bu gün meydanda növbəti hərəkət planını açıqlamalıdır. Keşiş iddia edir ki, Paşinyanın dinc yolla istefasını istəyir.

Hələlik Paşinyan hökuməti aksiyaların qarşısında tab gətirə bilir. Belə ki, keşişin arxasınca gedənlərin sayı elə də çox deyil. Amma bununla belə, etirazçılar aksiyaları dayandırmaqdan da uzaqdırlar. Onlar hələlik özlərini sona qədər getmək niyyətində olduqları kimi göstərirlər.

Bu fonda maraqlıdır, Ermənistan daxilində cərəyan edən proseslər nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Paşinyanın əlində kifayət qədər resurs və imkanlar var və onlardan istifadə etməklə vəziyyəti öz xeyrinə dəyişə bilər:

“Ermənistanda baş verən hadisələr bütövlükdə bu ölkədə daxili auditoriyanı qızışdırmaq və narazılıq yaratmaq məqsədi daşıyır. Hesab edirəm ki, keşiş Baqratın arxasında antipaşinyan qüvvələrinin bir çoxu cəmləşib. İndiyə qədər Ermənistan ictimai siyasi rəyində görünməyən, bu ölkənin ictimai siyasi rəyi üçün heç nə ifadə etməyən bir keşişin birdən-birə etiraz aksiyalarına start verməsi əslində hadisənin nə qədər təhlükəli olduğunu göstərir.

Artıq “Vətən naminə Tavuş” hərəkatı adlı qondarma komediyanın rəhbərlərindən olan Qurgen Melikyan arxiyepiskop Baqrat Qalstanyanı Ermənistanın baş naziri kimi gördüyünü vurğulayır. Bunlar da çox təhlükəli prosedurlardır.

Paşinyanın hakimiyyətini devirmək üçün Ermənistanda ciddi formada cəmiyyəti ayağa qaldırmağa çalışırlar.

Bu əsasda Paşinyan ciddi sınaq qarşısındadır. Ölkə daxilində xarici güc faktorlarının əlində oyuncağa çevrilmiş bəlli dairələr var. Onlar isə vəziyyəti daha da qəlizləşdirmək, Ermənistanın destabilliyinə nail olmaq, bu ölkənin yenə də dalan vəziyyətinə düşməsinə çalışırlar.

Paşinyan hakimiyyətinin əlində kifayət qədər resurs və imkanlar var. Onlardan istifadə etməklə hakimiyyət vəziyyəti öz xeyrinə dəyişə bilər. Etiraz edənlərin həbsi də göstərir ki, bu sayaq aksiyalar Paşinyana hələlik ciddi şəkildə təhlükə yarada bilmir. Sadəcə əsas problem aksiyaların arxasında xarici güclərin dayanmasıdır. Bu isə vəziyyəti daha da təhlükəli edir”.

Bizim.Media

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər