{category-title}

Kilsəsinin başında çatlayan hərəkat: Biabır oldular, indi don geyindirirlər

Ermənistanda Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə qarşı başlanan və hökumətin etimadsızlığına nail olmaq tələbi ilə keşiş Baqrat Srabazanın rəhbərliyi altında başlanan etiraz dalğası əvvəlki aksiyaların aqibətini yaşamaqdadır.
Ermənistandakı mövcud hakimiyyətə müxalif olan daxili və xarici güclərin son ümid yeri erməni kilsəsi olduğundan etiraz dalğasının kütləviliyini təmin etmək üçün insanları küçələrə çıxarmaq üçün kilsəni irəli verdi. Lakin bir həftədir ki, erməni kilsəsi də narazı elektoratı bir araya gətirərək hökumətə dinc siyasi təzyiq edə bilmir. Beləliklə, bu metodla mövcud rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq üçün lazımi səviyyədə qüvvəni küçəyə çıxarmaqda çətinlik çəkir və buna nail ola bilmir.
Keşiş Baqrat Srabazan hətta 2018-ci ildəki Paşinyan taktikasından istifadəsi də lazımi effekti vermir. Erməni kilsəsinin təmsilçisi Srbazan İrəvan küçələrini dolaşsa da, çox az sayda insanlar ona qoşulur. Onların əksəriyyəti isə daxildə üzləşdikləri sosial-iqtisadi və sosial məişət problemləri ilə bağlı küçələrə çıxır. Artıq aksiyanın təşəbbüskarları da uğursuzluqlarının və növbəti fiaskoya uğradıqlarının fərqindədirlər. Ona görə də siyasi proseslərin önündə deyil bacardıqca arxa planında qalmağa çalışırlar.
Nəticə etibarilə yaranmış durumda erməni kilsəsi çıxılmaz vəziyyətlə üzləşib. Çünki erməni kilsəsinin də qarşıya qoyulan hədəfə nail olmaq üçün üzərinə götürdüyü missiyanı sona çatdırmağa gücü yetmir. Bu səbəbdən də Ermənistanın siyasi meydanında ciddi diskomfort yaşanmaqdadır.
Bir yandan keşiş Baqrat Srbazan İrəvan küçələrini gəzib bir-bir qapıları döyərək müxalif siyasi qüvvələrlə yanaşı, vətəndaş cəmiyyətindən, elm, təhsil və digər qurumlardan dəstək istəsə də, istənilən nəticəni əldə etmək mümkün olmur.
Digər tərəfdən isə Srbazan əlinə düşən imkandan yaxın bir neçə ətrafı ilə birlikdə oyunlarını qurub bacardıqca öz şəxsi korporativ maraqları üçün faydalanmağa çalışır. Onlar təkcə gələcək siyasi karyeraları baxımdan deyil, həm də maddi cəhətdən faydalanmağa çalışırlar. Çünki çoxsaylı maraqlı qüvvələr prosesə yetəri səviyyədə maliyyə dəstəyi verirlər və onlar da bundan bacardıqca çox qazanmağa çalışırlar. Ona görə də Srbazan öz kiçik dəstəsi ilə həm müxalifəti, həm də önə çıxmaq istəyən digər simaların üzə çıxmasına imkan verməyərək onları kölgədə saxlamağa çalışırlar.
Amma bütün bunlara baxamayaraq erməni kilsəsi prosesdən və nüfuzunun itməsindən ciddi narahat olduğundan geri çəkilməyə çalışır. Ona görə də keşiş Baqrat Srbazanın liderlik etdiyi hərəkatı siyasi müxalifətə təhvil vermək istəyir.
Erməni mediasının yazdığına görə, bu məqsədlə də Erməni Apostol Kilsəsi rəhbəri II Qareginin son günlərdə keşiş Srbazanla görüşüb hərəkatın rəhbərliyini siyasi qüvvələrə təhvil verməsini müzakirə edir.
Erməni kilsəsində belə bir fikir də var ki, hərəkatın uğursuzluğu bütün ermənilərin katolikos taxtını sarsıdacaq və erməni kilsəsinin nüfuzuna xələl gətirəcək. Ona görə də onlar kilsənin rolu ilə bağlı indiyədək oynadığı rolu qeyd edən və bundan sonra prosesləri siyasi qüvvələrə verilməsi barədə bəyanatla çıxış etməyi təklif edirlər. Bu da erməni kilsəsində ikitirəlik yaradıb. Bir qisim geri çəkilməyi təklif etsə də, digəri isə prosesi sonadək aparmağı təklif edir.
Prosesdən geri çəkilmənin tərəfdarı olanlar hesab edirlər ki, onlar artıq aksiyanın kütləviliyini təmin etməklə missiyalarını bitiriblər. Bundan sonrakı mərəhələ hakimiyyət dəyişikliyi məsələsi siyasi tələb olduğundan siyasi qüvvələrin hərəkətə keçməsinin vaxtı çatıb. Ona görə də siyasi qüvvələr estafeti kilsədən təhvil almalıdır. Aksiya uğursuzluğa düçar olarsa, bu kilsənin nüfuzuna ciddi xələl gətirəcək, insanlar məyus olacaq, onların kilsəyə olan inamı sarsılacaq.
Bunun əksinə olanlar da eyni arqumenti bölüşürlər. Kilsədə bu addımın əleyhinə olanlar da hesab edirlər ki, geri çəkilmək kilsənin nüfuzdan düşəcəyini, camaatın məyus olacağını düşünərək, insanlar bunu kilsə rəhbərliyini hakimiyyətlə sövdələşməsi kimi dəyərləndirəcəklər. Odur ki, erməni kilsəsi dilemma qarşısında qalıb. Həm irəli getməyə, həm də geri çəkilməkdə tərəddüd içərisindədir. Lakin onu da görürlər ki, Ermənistanda böyük əksəriyyət proseslərə çox laqeyddir. II Qaregin özü isə daha çox yaranmış durumdan daha az itki ilə çıxmaq üçün prosesi siyasi müxalifətə verib geri çəkilməyə üstünlük verir. Əgər proses uğursuz alınarsa, kilsə siyasi müxalifəti yenə də bacarıqsızlıqda ittiham etməklə vəziyyətdən çıxmağa çalışacaq.
Vəziyyəti dəyərləndirsək onu qeyd edə bilərik ki, hazırda məsuliyyətdən yaxa qurtarma istiqamətində ciddi savaş gedir. Hətta Ermənistanda hakimiyyət dəyişikliyində daha çox maraqlı olan Rusiya tərəfi belə başlanan prosesin uğur qazanacağına inanmır.
Rusiyalı ekspert Sergey Markedonov və Stanislav Tarasovun məqalələrində hazırkı mərhələdə Ermənistanda hakimiyyət dəyişikliyinin çox çətin məsələ olduğunu açıq şəkildə ifadə edirlər.
İstənilən halda yaranmış durumda daha çox itirən tərəflərdən biri erməni kilsəsi olacaq. Çünki prosesin uğur qazanacağı, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olunacağı çox az ehtimal olunan variantdır. Hakimiyyət dəyişikliyinin olmaması insanlarda erməni kiləsinə olan inamı sarsıdacaq ki, bu da Paşinyanın xeyrinə işləyəcək. Paşinyan bundan faydalanıb kilsənin dövlət işlərinə müdaxilədən daha rahat formada uzaq tutmağı bacaracaq.
Bütövlükdə isə bu proses erməni cəmiyyətində Ermənistanın perspektivinə daxildən vurulacaq çox böyük sarsıdıcı zərbə olacaq.
Ermənistan cəmiyyəti hələ də anlamaq istəmir ki, nə qədər revanşist meyillərdən əl çəkməyiblər, uğursuzluq labirintindən çıxmaları qeyri-mümkün olacaq. Revanşist mövqedən əl çəkmədikcə daha dərin böhranlarla üzləşəcəklər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bölgədə elə bir geosiyasi reallıq yaradıb ki, Ermənistan tərəfinin istənilən revanşist cəhdi uğursuzluğa məhkumdur.

Ölkə.Az

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər