{category-title}

“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA

Atalar demiş: “Qonşun pisdir, köç qurtar, dişin ağrıyır, çək qurtar”. Azərbaycanda insanların bir çoxu ancaq ən son anda stomatoloqa müraciət edirlər. Lakin unutmaq olmaz ki, mədə-bağırsaq sistemi birbaşa dişlərin sağlamlığı ilə əlaqədar olur.

Müasir dövrdə demək olar ki, addımbaşı stomatoloji mərkəzlərlə rastlaşırıq. Elə məhz buna görədir ki, diş müalicəsi zamanı yaranan infeksiyalar səbəbilə qaraciyərində Hepatit C virusu yaranan və diş sağlığına sahib olmaq istəyərkən, ölümə gedən çox sayda insanlar var. Çünki artıq hansı diş həkiminin ixtisaslı olub-olmadığını, eləcə də lisenziyalı çalışıb-çalışmadığını bilmək çətindir.

Xüsusilə, implant diş qoyduran insanlar bu kimi fəsadlarla daha çox rastlaşırlar. El arasında “yerindən duran diş texniki belə özünə stomatoloji mərkəz açır və fəlaiyyət göstərir” kimi fikirlər də yayılmaqdadır. Təbii ki, heç bir pasiyent seçdiyi stomatoloqun nə təhsilli olub-olmadığını, nə də lisenziyalı işləyib-işləmədiyi ilə maraqlanır. Amma araşdırsaq, ixtisaslı və peşəkar stomotoloqların sayı elə də çox deyil.

Bəs öz sahəsinin ası olan stomatoloqlara necə etibar etmək olar? Diş həkiminin peşəkar olub-olmamasını hansı yollarla ayırd etmək mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan stomatoloq Simurq Məmmədov bildirib ki, pasientlər həkim seçərkən mütləq onun, diplomunun olub-olmamasını sorğulamalıdır:

“Ümumiyyətlə düşünürəm ki, əhalimizi bu mövzuda maarifləndirmək vacibdir. Çünki reallıq budur ki, nəinki kollec bitirmiş diş texnikləri, hətta heç bir ali təhsili olmayan şəxslər də stomatoloji kabinet açaraq və ya icarəyə götürərək fəaliyyət göstərirlər.

Təbii ki, əhalimizin bu barədə məlumatsız olması ağır fəsadlara yol açır. İlk olaraq gigiyenik qaydalara riayət edilməməsi və sonunda Hepatit C kimi ağır xəstəliklərin yayılmasını qeyd etmək olar. Məhz buna görə də əhalimiz mütləq getdiyi stomatoloqun diplomunun olub-olmamasını sorğulamalıdır. Təəssüf ki, son illərdə Ukrayna və Gürcüstanda attestatla qiyabi təhsil alıb ölkəmizdə stomatoloq kimi fəaliyyət göstərənlər də çoxdur. Düşünürəm ki, bütün bunlardan Səhiyyə Nazirliyi xəbardardır və yaxın aylarda saxta diplomlu və diplomsuzların fəaliyyəti sona çatacaq”.

İmplantın cərrahi bir prosedur olduğunu vurğulan stomotoloqun sözlərinə görə günümüzdə bu işi bilən də, bilməyən də icra edir:

“Bu işi ixtisaslaşmış üz-çənə cərrahları icra etməlidir. Bunun üçün 5 illik stomatologiya fakültəsini bitirdikdən sonra, ölkəmizdə, ya da xaricdə üz-çənə cərrahiyyəsi ixtisasını da oxuyub bitirmək lazımdır.

Təəssüf ki, bu işi bilən də, bilməyən də icra edir. Məhz buna görə implantoloji prosedurdan sonra və ya onun icrası zamanı ciddi fəsadlar, ağırlaşmalar olur. Ən kiçik fəsadlar kimi implantın sümüyə osteointegrasiyanın olmamasını və ya sonrakı dönəmlərdə implant ətrafında iltihabi prosesin olmasını misal göstərmək olar.
Aparılan araşdırmalar göstərir ki, qoyulan implantlarla bağlı ağırlaşmaların olmasının səbəbi daha çox həkimin bu işlə bağlı planlamasının düzgün olmamasından qaynaqlanır. Bütün bunlar isə onu göstərir ki , həkimlərimiz dental implantasiya ilə məşğul olmaq üçün mütləq 5 il üz-çənə cərrahiyyəsi ixtisasını bitirməlidir”.

Bizim.Media

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər