{category-title}

Azərbaycanda koronavirusla bağlı ən populyar 9 ŞAYİƏ

 

 

Koronavirus Azərbaycanda aşkarlandığı ilk gündən bəri haqqında çox fikirlər söyləndi.

İçlərində bir çoxunun hələ də doğru bildiyi, ancaq həqiqətə uyğun olmayan şayiələr də az deyil.

Zəncəfil, sarımsaq kimi qidaların hətta duzlu suyun yoluxmanın qarşısını aldığı deyilirdi. Bəs bu qidaların virusdan qoruduğu nə dərəcədə doğrudur?

Lent.az pandemiyayla bağlı həmin dedi-qoduları sizə təqdim edir.

  1. Sarımsaq

Koronavirus səs-küyü təzə yayılan zaman, əksəriyyət əminliklə sarımsağın virusdan qoruduğunu deyirdi. Ancaq sarımsaq bəzi antibakterial funksiyalara malik olsa da, koronavirusdan qorumur.

  1. Antibiotik istifadəsi

Əksəriyyət antibiotiklərin virusdan qoruduğunu düşünsə belə bu məlumat da digərləri kimi həqiqətə uyğun deyil. Antibiotiklərin də virusa qarşı təsiri yoxdur. Onlar yalnız bakteriyalardan qoruyur, virusa yoluxmamaq və ya onun müalicəsi üçün təsirli deyildir.

  1. İqlim amili

“Yayda virusun təsiri azalacaq”. Nəzərə alsaq ki hazırda Braziliya və Argentinada yaydır, lakin yoluxmada heç bir azalma müşahidə olunmur, əksinə virus sürətlə yayılır. İsti yaxud da soyuğun virusu məhv etməsi yanlış məlumatdır. Ümumiyyətlə koronavirusun iqlim şəraiti ilə bağlı artma və ya azalması kimi şayiələrin elmi cəhətdən heç bir əsası yoxdur. Qaynar su içmək, isti suda duş almaq birbaşa olaraq virusdan qorunmaq demək deyil.

  1. Duzlu su

Burnunuzu tez-tez duzlu su ilə yumaq koronaya yoluxmanızın qarşısını almır. Bəzi mənbələr virusdan bu yolla qorunmağın doğru olduğunu iddia etsə belə, mütəxəssislər tənəffüs yolu xəstəlikləri üçün keçərli olmadığını söyləyir.

  1. Maska istifadəsi

Heç kimin olmadığı yerdə maska taxmaq doğru deyil. Virus havadan asılı vəziyyətdə olmadığı üçün, maska yalnız insanların sıx olduğu yerdə sizi qoruya bilər. Buna görə də insanların sıx rast gəlinmədiyi yerlərdə maska taxmağa ehtiyac yoxdur. Maskanı daha çox xəstə insanlar taxmalıdır ki, onlardan kənara virus yayılmasın.

  1. Ağcaqanad sancması

İnsanlar arasında belə bir təşviş yaranmışdı ki koronavirus ağcaqanad dişləməsi ilə də keçir. Bu da şayiədir. Koronavirus ilk növbədə hava damcı yolu ilə, yoluxmuş şəxslər asqırdıqda yaxud öskürdükdə yayılır.

  1. Ədviyyatların istifadəsi – Zəncəfil

Zəncəfil, darçın, sumax və bu kimi ədviyyatlar virusdan qorumur.

Xatırladaq ki, zəncəfilin koronavirusu məhv etməsi ilə bağlı çıxan söz-söhbət Azərbaycanda onun qiymətinin 50 manata qədər qalxmağına səbəb olmuşdu. Daha sonra aydın oldu ki bu məlumat yalandı, yenidən 6 manata satılmağa başlasa belə alan olmadı.

  1. Uşaqlara yoluxmur

Pandemiyanın ilk günlərində hamı əminliklə bildirirdi ki, bu virusa uşaqlar yoluxmur. Amma sonra bəlli oldu ki, belə deyil və nə yazıq ki, bu virusun qurbanları arasında uşaqlar da oldu.

  1. Onları yandırırlar

Belə söyləntilər də var idi ki, guya koronavirusdan ölənlərin cəsədini yandırırlar. Sonra gördük ki, belə bir şey yoxdur, sadəcə bu cəsədləri tabutda və ən azı 4 metr dərinlikdə dəfn edirlər, 14 gün isə qəbri ziyarət etmək olmaz.

Son xəbərlər

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər