{category-title}

“Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa təqsirləndirilən Nuridə Seyidovanın vəkili gəlməyib.

Sədrlik edən hakim Azad Məcidov deyib ki, vəkil Lətifə Kərimova artıq ikinci dəfədir, məhkəməyə gəlmir. Bu səbəbdən Vəkillər Kollegiyasına müraciət ediləcək. Belə ki, N.Seyidova bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq, müdafiəçidən imtina edib, Lətifə Kərimova ilə müqavilə bağlayıb. Lakin həmin vəkil iclaslarda iştirak etmir.

“Biz məhkəmə istintaqını başlaya bilmirik. Vəkil hər dəfə məhkəmə iclasını qəsdən pozur. Get özünə başqa vəkil tut”, - hakim müttəhim Seyidovaya deyib.

Prosesdən sonra zərərçəkmişlə təqsirləndirilən şəxslərdən birinin yaxını arasında mübahisə yaranıb.

Təqsirləndirilən şəxsin yaxını zərərçəkmişə şikayət etdiyi üçün qarğış edib.

“Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər”, - deyə talassemiyalı uşağın atası cavab verib.

Məhkəmə prosesi aprelin 17-si davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.(“Qafqazinfo”)

Son xəbərlər

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bütün xəbərlər