{category-title}

Vəkil İradə Cavadova məhkəmədə uduzdu: - müdafiə etdiyi qadın ondan şikayətçidir

 Vəkillikdən uzaqlaşdırılan xanım vəkil öz hüquqlarının müdafiəsi üçün məhkəmələrə üz tutub. O, haqsız olaraq vəkillikdən uzaqlaşdırıldığını bildirir.

Musavat.com xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbərliyi İradə Cavadovanı vəkillikdən uzaqlaşdırıb. Səbəb isə vətəndaş Könül Mürsəlovanın şikayəti olub.

Belə ki, Könül Mürsəlova kollegiyaya məktub yazaraq iddia edib ki, İ.Cavadova ilə müqavilə bağlamayıb, ona etibarbamə verməyib, amma Cavadova onun vəkili kimi çıxış edib. Mürsəlova söyləyir ki, xanım vəkil onun adından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanması, təzyiqə məruz qalması barədə daxili işlər nazirinə şikayət məktubu yazıb. Həmin məktub mətbuatda da yayılıb, bununla da şərəf və ləyaqətinə xələl gəlib.

Amma vəkil bunun tam əksini deyir və sübutlar da təqdim edir. İ.Cavadova bildirir ki, Könül Mürsəlova rəfiqəsilə birlikdə onun yanına gəlib və təzyiqlə üzləşdiyini, həbs təhlükəsinin olduğunu söyləyib: "Hüquqlarının müdafiəsi üçün onunla müqavilə bağladım. Bundan sonra Mürsəlova idarəyə çağrılıb, iki gün orada saxlanıldı, bu müddətdə vəkili və yaxınları ilə görüşünə icazə verilmədi. Bu üzdən Mürsəlovanın müdafiə hüququnun təmin olunması, vəkili ilə görüşünə imkan verilməsi üçün daxili işlər nazirinə müraciət etdim. Məsələ ictimailəşəndən sonra Mürsəlovanı buraxıblar. Şərt qoyublar ki, vəkildən şikayət etsin. O da bu şərti yerinə yetirib".

Bundan sonra da məhkəmə çəkişmələri başlayıb. Əvvəlcə Vəkillər Kollegiyası İradə Cavadovanı vəkillikdən uzaqlaşdırmaq üçün məhkəməyə verib. Sonra da Cavadova K.Mürsəlovanı məhkəməyə verib. Və tələbi də belə olub ki, K.Mürsəlovanın onun haqqında yazdıqları həqiqətə uyğun olmayan, işguzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilsin. Bu əməlinə görə K.Mürsəlova vurduğu mənəvi zərərin əvəzi kimi 1000 manat kompensasiya ödəsin.

Bu işlə bağlı qərar Xəzər Rayon Məhkəməsində xanım vəkilin xeyrinə olub. Məhkəmə bu iddianı qismən təmin edib, K.Mürsəlovanın vəkil haqqında Vəkillər Kollegiyasına ünvanladığı teleqramda yazılanlar həqiqətə uyğun olmayan məlumat hesab edilib.

Amma sonradan bu qərar da ləğv edilib. Belə ki, İ.Cavadova da bu məhkəmə qətnaməsini alıb, Vəkillər Kollegiyasına təqdim edərək, vəkillikdən uzaqlaşdırılması qərarına yenidən baxılmasını istəyib.

İyunun 25-də Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası İ.Cavadovanın əleyhinə qərar verib, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib. Amma İ.Cavadova məhkəmədə ondan şikayət yazan K.Mürsəlova ilə müqavilənin surətini, anası ilə yazışmalarınə da təqdim edibmiş.

Qeyd edək ki, İ.Cavadova vəkillikdən uzaqlaşdırılmasının səbəbinin başqa məsələ olduğunu deyib. O, hesab edir ki, müstəqil və prinsipial mövqeyi ilə seçilib, vəkil Yalçın İmanov kollegiyadan uzaqlaşdırılarkən Rəyasət Heyətinin üzvü olaraq, onun müdafiəsinə qalxıb. Kollegiya rəhbərliyi də bundan narazı qalıb.

Vəkillər Kollegiyasından "Azadlıq radiosu"na verilən açıqlamada bu iddia rədd edilir. Vəkilin vətəndaşın şikayəti əsasında cəzalandırıldığı bildirilir.
Musavat.com
 

Son xəbərlər

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

Bütün xəbərlər