{category-title}
Gündəm / Dünya
22.03.2024, 17:31
Rusiya Ukraynanın bu qəsəbəsinə nəzarəti ələ keçirdi
Rusiya ordusu Ukraynanın cənubunda Zaporojye vilayətində yerləşən Mirnoe qəsəbəsinə nəzarəti ələ keçirib.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, əməliyyat Rusiya Silahlı Qüvvələrinin “Vostok” qoşun qruplaşması tərəfindən həyata keçirilib.
Həmçinin Rusiya ordusunun cəbhə xəttində taktiki vəziyyətini yaxşılaşdırdığı qeyd olunub.