{category-title}

Fərhad Həsənov

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru 

 

Bugünümüzün uğurları gələcək üçün böyük stimuldur. Təbii ki, hər bir uğur böyük səylərin, ən əsası düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdi və bu istiqamətdə mühüm addımlar atır. Reallıq budur ki, demokratiya təcrübəsi nümunə kimi göstərilir, öyrənilməsinin vacibliyi qeyd edilir.

Azərbaycanın hər bir hədəfə doğru inamla addımlaması dövrün çağırışlarının düzgün cavablandırmasından irəli gəlir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında başlanan yeni inkişaf yolu bugünkü uğurlarımızı şərtləndirdi. Ulu Öndərin bugünümüzə və gələcəyə hesablanmış inkişaf strategiyası ölkəmizin qarşısında yeni imkanlar açdı. Azərbaycan qısa müddətdə sabitlik, böyük investisiyalar məkanına çevrildi. İqtisadi və siyasi müstəqilliyimizin təmin edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi.

2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə davamlı inkişafa, zəngin təcrübənin əldə olunmasına gətirib çıxardı. Bu gün ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Azərbaycanın dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlar kursu davamlı inkişafı şərtləndirdi. Azərbaycan beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatında ən islahatçı ölkələr sırasında qərarlaşır. İldən-ilə bu yerini daha da möhkəmləndirir, reytinq cədvəlində irəliləyir.

Ölkəmizin islahatlar prosesini daha da dərinləşdirməsi mühüm hadisələrə yol açır ki, bunlardan biri də 2020-ci ilin 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkiləri oldu. Dövlət başçısı İlham Əliyev 10 mart 2020-ci ildə keçirilən altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. “Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir” söyləyən cənab İlham Əliyev əlavə olaraq onu da qeyd etmişdir ki, seçkilər bir daha siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır.

Cənab İlham Əliyev parlamentin, deputatların qarşısında dayanan vəzifələri də açıqlamışdır. Bildirmişdir ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Bu praktikaya son qoyulmalıdır. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaq.

2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindən ötən 4 ildə Azərbaycanın siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atdığı addımlar və uğurlu nəticələri göz önündədir. Bu uğurlara yeni parlamentin töhfələri böyükdür. Cəmiyyətin idarə olunmasında əsas amillərdən olan qanunların qəbulu, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi günümüzün əsas prioritetləri sırasında olub. Eyni zamanda, dövlət başçısının tapşırığına uyğun olaraq onların icrasına nəzarətin gücləndirilməsi təmin edilib.

Azərbaycan bu gün inkişafın yeni dövrünü yaşayır. Hər dövrün öz çağırışları vardır. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi də yeni dövrün mühüm çağırışlarından oldu. Aərbaycan daim dayanıqlı inkişafın təmin olunması üçün hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa çalışır. 2018-ci ilin prezident, 2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkəmizin qarşısında yeni imkanlar açan islahatları zərurətə çevirdi ki, bu gün onların fonunda əldə edilən uğurlar Azərbaycanın reallıqlarında aydın ifadəsini tapır. Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, qalibiyyət rəmzi olan üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Ağdərədə, Xocavənddə, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda dalğalanır. Heydər Əliyev siyasətinin uğurlarını yaşayırıq. Cənab İlham Əliyev təkmil, yeniliyi özündə ehtiva edən siyasəti ilə Azərbaycanı zirvələri fəth etdirir.

Son xəbərlər

Azərbaycan hansı güzəştlərə gedir? - Arşakyan

Vatsapda inqilabi yenilik: səslər sözə çevriləcək - Foto

İlham Əliyevin Pakistana dövlət səfəri başa çatdı

İmtahanda yüksək bal yığmışdı... - Əməliyyatdan sonra öldü

Onlar üçün xüsusi viza müraciət sistemi işə salındı

Tovuz döyüşlərindən 4 il keçir

"Brent" cüzi ucuzlaşdı, yüngül neft isə...

Seçkilərlə bağlı mühüm məlumat: Sabahdan başlayır

Əliyev: Qardaşım ondan ayağa qalxmasını xahiş etdi ki...

Elton Məmmədov deputatlığa namizəd oldu

Dövlət bağçalarında yer tapmayan valideynlər özəl bağçalara göndəriləcək

ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi

Rusiya ikinci sammitdə iştirakdan imtina etdi

İlham Əliyev İslamabadda milli abidəni ziyarət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir

Zəngəzurda 2 erməni hərbçi öldü: yaralılar var

Qoşqar Zeynalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Sabah arabir yağış yağacaq, külək güclənəcək - PROQNOZ

Azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən dörd nəfər saxlanılıb

Berbokla danışdım: Bakı və İrəvanın irəliləyişi…

Neft bahalaşdı

Pezeşkian: İran Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək

Həftəsonu 33 mindən çox abituriyent I və IV qrupa imtahan verəcək

ATƏT/DTİHB Аzərbaycanda parlament seçkiləri üçün iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib

Bütün xəbərlər