{category-title}

KOBİA işçisinin topladığı var-dövlət hardandı? – Orxan Məmmədovun masasına

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən, onun tənzimlənməsində, kiçik və orta biznes maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən,dövlət və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış KOBİA fəaliyyətə başladıqdan sonra bu istiqamətdə fəaliyyətini davam etdirmiş, yeni kiçik və orta biznes subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, onların bazarlara, bilik və innovasiyalara, maliyyə resurlarına çıxışına dəstək göstərmişdir. Hazırda da KOB-ların inkişafı üçün münbit biznes şəraiti, xidmət infrastrukturu yaradılıb, güzəştlər tətbiq olunur, texniki-təşkilati dəstək göstərilir, bilik və bacarıqlarının artırılması yönündə təlim və seminarlar keçirilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının dəstəklənməsidir. Qeyd edilənlərlə yanaşı, KOB-ların maliyyələşmə mənbələrinə çıxış imkanlarını asanlaşdırmaq üçün bir sıra dövlət dəstəyi tədbirləri həyata keçirilir, güzəştli kredit, zəmanət və digər bu kimi dəstək mexanizmləri mövcuddur. Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələrində KOB subyektlərinin layihələri maliyyələşdirilir, qrant müsabiqələri keçirilir.

Aktualinfo.org-a verilən məlumatlarda layihələri maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır. Belə ki, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər. Əgər varsa zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur. Verilən məlumatlara görə Agentlikdə bu kimi işlərlə məşğul olan bir neçə nəfər var ki, onlardan biri də Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevdir.

Verilən məlumatlara görə Mahir Cəbiyev işlədiyi qısa müddət ərzində özünə xeyli əmlak alıb. 2020-ci ildə Bakıxanov qəsəbəsi Sakit Qocayev küşəsində 85 kvadratmetr sahəsi olan mənzil və iki qaraj alıb. 2021-ci ildə Novxanı qəsəbəsində bağ evi alıb. Bundan başqa Mahir Cəbiyevin bahalı avtomobillər kolleksiyası da var. 77 HD 549 dövlət nömrə nişanlı, AUDİ A6 markalı avtomobili 46 min ABÇ dollarına 2019-cu ildə, 10 OK 050 dövlət nömrə nişanlı, AUDİ A7 markalı avtomobili isə 05.01.2023-cü ildə 75 min ABŞ dollarına alıb. Mahir Cəbiyevin həyat yoldaşının idarə etdiyi 10 OY 050 İX markalı avtomobilin qıyməti isə 35 min ABŞ dollarınadır. Məlumata görə Mahir Cəbiyev qaynatasına da bir “Opel Astra” avtomobili hədiyyə edib.

Bu sadalananlar Mahir Cəbiyevin son illər əldə etdiyi əmlaklarının az bir hissəsidir. Məlumatlara görə qohum əqrəbasının adına başqa bir neçə mənzil və bağ evi alıb, onların adına şirkərlər açaraq biznes fəaliyyəti ilə də məşğuldur.

Qeyd edək ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovdur. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 27 fevral 2018-ci ildə təyin edilib. Onun rəhbərliyi ilə son illər Azərbaycanda mikro, kiçik və orta biznes subyektlərinin inkişaf etdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Tez-tez sahibkarlarla görüşlər keçirən KOBİA sədri biznes subyektlərinə beynəlxalq təcrübənin öyrənilməsi və sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirələrini aparır. Sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, dövlət qurumları ilə əlaqələndirmə kimi məlumatları çatdırır.

Amma çox təəssüflər olsun ki, Agentliyin adına xələl gətirən hallar da baş verir ki, əldə etdiyimiz məlumatlara görə bundan Orxan Məmmədovun xəbəri yoxdu. Ağentliyin Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin barəsində redaksiyamıza verilən məlumatlara gəlincə. Qeyd etmək istərdik ki, məlumatlara aydınlıq gətirimək məqsədi ilə Mahir Cəbiyevlə əlaqə saxlamağa bir neçə dəfə cəhd etdik. Onun gah ölkədə olmadığını, gah da ğzünün bizimlə əlaqə saxlayacağını bildirdilər. Qurumun mətbuat xidməti isə söylənilənləri araşdırıb məlumat verəcəyini bildirsə də, artıq bir neçə gün keçməsinə baxmayaraq bizimlə əlaqə saxlamadı

Buna baxmayaraq biz tərəf olaraq Agentliyin də verilən məlumatlara münasibətinə yer verməyə hazırıq.

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər